0

Yerevanda xaos: Vəziyyət nəzarətdən çıxır

Baxış: 256

Ermənistanda kütləvi etiraz aksiyaları davam edir. Müxalifət lideri Nikol Paşinyanın tərəfdarları Yerevanda bir neçə küçəni bağlayıblar. 

Press-az.com xəbər verir ki, Ermənistan paytaxtına canlı qüvvə və zirehli texnikalar yeridilib. 

Qeyd edək ki, aprelin 23-də 11 günlük etiraz aksiyalarından sonra Serj Sarkiyan istefa verdiyini açıqlayıb. Onun vəzifədən getməsindən sonra bir həftə ərzində Milli Məclis baş nazir postuna yeni namizədin adını açıqlamalıdır.

Paşinyan bəyan edib ki, hökumətə xalqın namizədi rəhbərlik etməli və ölkədə növbədənkənar parlament seçkiləri keçirilməlidir. 

Şəhər mərkəzində hərəkət tamamilə dayandırılıb. Bir müddət öncə Nikol Paşinyan da etirazçılara qoşulub. 

Nümayiş iştirakçıları Zvarthost aeroportuna gedən yolu bağlayıblar. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz