0

Ermənistanda Məxməri İnqilabın lideri baş nazir olacaqmı?

Baxış: 550

Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlamentdə 105 deputatdan 53-nün səsini qazansa, ölkənin baş naziri olacaq. 

Press-az.com TASS agentliyinə istinadla xəbər verir ki, Paşinyan artıq 40 parlamentari tərəfindən dəstəklənir. 

Bununla bağlı “Yelk” (Çıxış) partiyasından olan deputat Edmon Marukyan məlumat verib. 

“Paşinyan baş nazir olmaq üçün 53 deputatın səsini qazanmalıdır. 13 deputatın səsi lazımdır. Fikrimcə, biz bu səsləri qazana biləcəyik”, - Marukyan deyib. 

O qeyd edib ki, “Yelk” partiyası rəsmi şəkildə Paşinyanın namizədliyini irəli sürmək niyyətindədir. 

Ermənistanın Respublika Partiyası parlamentdə 58, “Yelk” 9, “Daşnaksütyun” 7, “Tsarukyan” isə 31 mandata sahibdir. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz