0

KİV üçün yeni cəzalar müəyyənləşib

Baxış: 274

İnzibati Xətalar Məcəlləsinə 517-2.15 maddəsinin əlavə edilməsi təklif olunur.

Press-az.com-un məlumatına görə, Azərbaycan prezidenti tərəfindən Milli Məclisə göndərilən layihədə hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş kütləvi informasiya vasitələrinin xüsusi fəaliyyət rejiminə əməl etməyə görə, vəzifəli şəxslərin 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslərin isə 6 000 manatdan 8 000 manata qədər cərimələnməsi nəzərdə tutulur.

Layihə Milli Məclisin mayın 1-də və 4-də keçiriləcək ardıcıl plenar iclaslarından birində müzakirəyə çıxarılacaq.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz