Ermənilər Ağcabədini atəşə tutdu - Yaralı var » Press-az
0

Ermənilər Ağcabədini atəşə tutdu - Yaralı var

Baxış: 403

Aprelin 18-də Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakini, 1991-ci il 15 mart təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində güllə yarası alıb.

Press-az.com xəbər verir ki, yaralı xəstəxanaya yerləşdirilib.

Onun vəziyyəti qənaətbəxşdir.

Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, son günlər Ermənistanda baş verən hadisələr fonunda qarşı tərəf qoşunların təmas xəttində təxribatların sayını artırıb. Düşmən hətta mülki obyektlərə və əhaliyə atəş açmaqdan belə çəkinmir.(Report)

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz