Gömrük Komitəsi ləğv olunur? - Qurumdan açıqlama » Press-az
0

Gömrük Komitəsi ləğv olunur? - Qurumdan açıqlama

Baxış: 2 435

Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Press-az.com bildirir ki, komitədən "Qafqazinfo"ya verilən məlumata görə, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində DGK-nin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.

Qurumdan bildirilib ki, cari il yanvarın 19-da "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bununla bağlı media nümayəndələri tərəfindən ünvanlanan suala ətraflı cavab verib:

"Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik".

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz