0

Bakının bu ərazisində böyük tıxac yaranıb (AÇIQLAMA)

Baxış: 391
Bakının Ramana yolu adlanan ərazisində böyük tıxac yaranıb.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, Aeroport yolunda aparılan yekun tamamlanma işləri ilə əlaqədar müvəqqəti sıxlıq yaranıb və yol qısa zamanda tamamilə açılacaq.
"Təkcə Ramana  yolu deyil, ümumiyyətlə metronun "Koroğlu" stansiyasından aeroport yolu istiqamətində sıxlıq müşahidə olunur. Daha öncə məlumat verdiyimiz kimi Bakı Olimpia Stadionundan giriş-çıxış üçün keçid hazırlayırdılar. Artıq iş yekunlaşıb və son tamamlanma işləri aparılır. Sözügedən ərazidə yekun asvaltlama işinin təcili görülməsi ilə əlaqədar təxminən 20-25 dəqiqədir süni tıxac yaranıb. Artıq əməkdaşlarımız həmin əraziyə cəmləşib. Qısa müddətdə yol tamamilə açılacaq".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz