0

Xaçmazda polis əməkdaşı faciəvi şəkildə öldü

Baxış: 659
Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.


Press-az.com  APA-ya istinadən xəbər verir ki, hadisə Xaçmaz-Hacıqurbanoba yolunda baş verib.
1990-cı il təvəllüdlü Məmmədov Adəm Yavər oğlunun idarə etdiyi 50 CM 264 markalı, "VAZ 2107" markalı maşın yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.


Hadisə nəticəsində A. Məmmədov dünyasını dəyişib.


O, Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşı olub.


Faktla bağlı araşdırmalar davam etdirilir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz