0

Samir Zeynalov: Koroğlu MMC-nin rəhbərliyi bu durumdan digər işçiləri qarşısında qorxunun meyarı olaraq daha da faydalanacaq(VİDİEO)

Baxış: 645
 "Koroğlu MMC"-nin rəhbər şəxsləri tərəfindən Əliyev Rauf Hidayət oğluna qeyri-qanuni olaraq ittiham irəli sürülüb ki, guya o şirkətə məxsus olan pulları mənimsəmişdi. Press-az.com-un verdiyi məlumata görə, bu barədə Beynəlxalq Mətbuta Mərkəzində keçirilən Press-konfransda Rauf Əliyevin nümayəndəsi  Samir Zeynalov KİV nümayəndələrinə bildirmişdi.O bildirmişdir ki, 179.3.2-ci maddəsi il (Mənimsəmə və israf etmə) ittiham olunan Əliyev Rauf Hidayət oğlu bir ilə yaxındır Bakı Ağır Cinayyət məhkəməsində prosesi gedir və hakimlər faktların olmadığ üçün qərar verə bilmir.Koroğlu MMC-nin də rəhbər şəxsləri təziq edir deyə bəraət də verə bilmir.Bu səbəbdən məhkəmə prosesi uzadılıb.Samir Zeynalov məhkəmə proseslərini şərh edərkən bildirib ki, ən ağır məhkəmə prosesi MTN-nin işi idi ki, Korğlu MMC-nin ittihamı ilə başlanan bu məhkəmə prosesindən sonra başladı.Artıq yekunlaşıb və qərar da verilib.
Samir Zeynalov bildirib ki, nümayəndəsi olduğum şəxs Əliyev Rauf Hidayət oğluna qarşı artıq 1 ildir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində saxta ittiham irəli sürülür və bu minvalla o, artıq həbs edilmək təhlükəsi qarşısındadır.
Atasını gənc yaşında itirən, tək halal zəhməti ilə anasına baxan, kifayət  qədər prespektivli, mədəni və ali təhsilli olan Əliyev Raufa qarşı yönələn ittihamın tərkib hissəsində kiçik də olsa mötəbər sübut yoxdur. Lakin o bu gün qondarma ittihamla həbs edilmək təhlükəsi qarşısında qalmaqla bərabər, intihar həddinə də çatıb. Müraciətimizin məzmunundan aydındır ki, Əliyev Rauf şirkət rəhbərliyin ilk və tək qurbanı deyil. Əgər o həbs olunarsa və yaxudda intihar edərsə, artıq Koroğlu MMC-nin rəhbərliyi bu durumdan digər işçiləri qarşısında qorxunun meyarı olaraq daha da faydalanacaq. Hiddət və təəsüf doğuran əsas məqam isə ondan ibarətdir ki, reketçi şirkət rəhbərliyinin bu əməllərinə dövlətin səlahiyyət tanıdığı imtiyazlı şəxslər də ortaq olur. Bakı Ağır Cinayətlər Məhkəməsinin mövcud işə baxan kollegiyası qətiyyən tərəfsiz, qərəzsiz, ədalətli olmaq niyyətində deyil. Uzun müddətdir davam edən süründürməçilik və mənasız məhkəmə çəkişmələri nəticəsində gənc Raufun səhhətində nevrotik problemlər meydana gəlib. Tanınmaz hala düşməklə, həkim müalicəsi almaqla cəmiyyətdən təcrid olub, sarsılıb. Amma məhkəmə kollegiyası ona qarşı ədalətli yanaşmaq çoxmuş kimi, mərhəmətli olmaq da istəmir.
 Press- konfransda Rauf Əliyevin dayısı Aydın Hacılıda iştrak edirdi.O media nümayəndələrinə bildirib ki, Raufu- 31 yaşı var,amma cavan olmasına baxmayaraq artıq ağır xəstədir buna görə nə konfransa gələ bilir ,nə də artıq məhkəmələrdə iştirak edir. Həmçinin bildirib ki, ona atılan şərdən canını qurtarmaq məqsədi ilə evi satıb Prokroturaya da pul verib ki, ziyan ödənsin yenə də bir xeyir olmayıb bu səbəbdən də  adiyyatı qurumlardan məxsus da Prezident İlham Əliyevdən xahiş edirəm məhkəmə öz başınalığına və şirkət rəhbərliyinin öz başına fəaliyyətinə şər və böhtan xarakterli ittihamlarının dayandırmasında qanun çərçivəsində kömək etsinlər.
Xeberman.com saytının facebook səhifəsindən Press-konfransı canlı yayımlanmışdır. Həmin canlı yayımın videosunun oxuyuculara təqdim edirik
  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz