0

Bəşər Əsəddən ilk açıqlama

Baxış: 1 082
Suriya prezidenti Bəşər Əsəd ABŞ, İngiltərə və Fransanın raket hücumuna münasibət bildirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Suriya xarici işlər nazirliyi hücumun Duma şəhərində aparılacaq tədqiqatlara mane olmaq məqsədi daşıdığını vurğulayıb.
Ölkə rəhbəri Bəşər Əsəd isə raket zərbələrini vəhşi və barbar adlandıraraq beynəlxalq hüququn pozulduğunu, Qərbin nəzarəti itirəndən sonra belə addımı atdığını deyib.
Qeyd edək ki, 3 ölkə 110 raket zərbəsi endirib, lakin onların böyük hissəsi havada məhv edilib. Humusda 3 mülki vətəndaş yaralanıb, Dəməşqdə itkinin baş verib-verməməsi barədə məlumat yoxdur.
Dəməşqin şimalındakı Barzehdə yerləşən laboratoriya və təhsil mərkəzinin yerləşdiyi binanın məhv edildiyi deyilir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz