0

Azərbaycanlı seçici “Ginnes”ə düşə bilər

Baxış: 395

Çərşənbə günü, bir neçə nüfuzlu dünya KİV Yaponiya vətəndaşı Masadzo Nonakanı (112 yaş 259 gün) dünyanın ən yaşlı kişisi kimi tanınması barədə məqalə yazıb.

Bu barədə “Ginnesin Rekordlar Kitabı”nın rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Press-az.com xəbər verir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, respublika ərazisində 1900-cü il təvəllüdlü kişi yaşayır.

“Ölkə ərazisində ən yaşlı kişi seçici 118 yaşlı Qurbanov Səftər Həsən oğlu - Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək”, - deyə məlumatda bildirilir.

Səftər Qurbanov dünyanın ən yaşlı kişisi kimi tanınan Masadzo Nonakadan yaşlıdır.

“Ginnesin Rekordlar Kitabı”nın ofisindən bildirilib ki, əgər Səftər Qurbanovun nümayəndələri (qohumlarından biri - red.), təşkilatın rəsmi saytında müraciət ərizəsi yerləşdirsə, Kitabın regional əməkdaşları Qurbanova baş çəkəcəklər.

“Hər şey təsdiqlənərsə, Qurbanov yeni dünya rekordçusu ola bilər”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz