Qarabağ əlili , Xocalı şəhərindən məcburi köçkün ailəsi baş həkimin öz başınalığından şikayətçidir » Press-az
0

Qarabağ əlili , Xocalı şəhərindən məcburi köçkün ailəsi baş həkimin öz başınalığından şikayətçidir

Baxış: 264
Qarabağ əlili olan Xocalı şəhərindən məcburi köçkün ailəsi  Göytəpə şəhər xəstəxanasına yeni baş həkim Eldar İsayevin öz başınalığından Press-az.com-a şikayət  məktub  yazıb. Şikayətçi  bildirir ki, Cəlilabad rayon Göytəpə şəhər xəstəxanasına yeni baş həkim Eldar İsayevdən şikayətçidir. Şikayətçi yazır:
Xocalı şəhərindən məcburi köçkün, keçmiş döyüşçü və 2-ci qrup Qarabağ əliliyəm. Həyat yoldaşım da 2-ci qrup Qarabağ əlilidir. Diabet xəstəsi olduğumuz üçün hər ay xəstəxanadan dövlətin verdiyi pulsuz dərmanlarla təmin olunurduq. 2 aydır Cəlilabad rayon Göytəpə şəhər xəstəxanasına yeni baş həkim Eldar İsayev təyin olunandan nə həyat yoldaşıma, nə də mənə dərman verilir. Keçən ay verilməyəndə Cəlilabad Mərkəzi xəstəxanasının baş həkiminin müavini Valeh Məmmədovla əlaqə saxlatdırdım dedi narahat olmayın, amma gedib dərmanı aptekdən alası oldum. Bu ay isə yenə də uzun get-gəldən sonra yenə də yerli İcra nümayəndəsi zəng eləsə də telefon nömrəmi götürüb dedilər ki, get sabah zəng edərik gəlib apararsan, hələ də zəng gəlmir.
Şikayətçi  daha sonra Press-az.com-a yazır:İndi də deyirlər ki, həmin dərmanlardan yoxdur. Qarabağ əlili olduğumuz üçün əvvəlki baş həkim Sabir Həsənov hər ay özü şəxsən gəlib evdə bizimlə maraqlanardı. İndi bu şəxsin mövqeyini anlamaq olmur. Elə bil baş həkim yox, ölkənin əlillərə qarşı siyasəti dəyişilib.. Artıq lazımı orqanlara da müraciət etmişəm.Guman edirəm ki, aidiyyatı qurumlar məsələyə müdaxilə edəndən sonra şəkər dərmanlarını ala biləcəm.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz