0

Sumqayıtda Doğum evinə yeni baş həkim təyin olundu: ananın işlədiyi müəssisəyə qızı rəhbərlk edəcək

Baxış: 3 854
 Sumqayıtda Doğum evinə yeni baş həkim təyin edilib.
Xeberle.com-un  məlumatına görə,  Binnətzadə Xədicə Razim qızı 2 nömrəli  Doğum evinin  baş həkimi  təyin olunub. 
Yeni  rəhbər  artıq tibb müəssisəsinin kollektivinə təqdim olunub.  O, kollektivə  heç də yad adam deyil. Belə ki, X.Binnətzadə bu təyinata qədər həmin  doğum evində mamalıq şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək  ki,  yeni baş  həkim sözügedən  doğum evinin  həkimi  Emilya Hüseynovanın qızıdır.
Xatırladaq ki,  2 nömrəli Doğum evinin baş həkimi Arzu Məhərəmova fevral  ayında tutduğu  vəzifədən azad olunmuşdu  və həmin vəzifəyə  təyinat olmamışdı.
Elnarə Salamova
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz