0

DTX-nın tutuduğu orqan alverçisi Zaurun verilişinə çıxıbmış (AÇIQLAMA)

Baxış: 3 793
Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan 1957-ci il təvəllüdlü Xudadatov Vahib Fəxrəddin oğlu barəsində bəzi məqamlar üzə çıxıb.
Lent.az-a açıqlama verən V.Xudadatovun qardaşı Elşad Xudadatov bildirib ki, qardaşı qızı ağır böyrək xəstəliyindən əziyyət çəkib: “Qardaşım qızının xəstəliyi üçün ATV kanalına müraciət etmişdi. Uşağın böyrəyi dəyişdirilməli idi və Zaurun verilişinə çıxdılar. Orada insanlara müraciət edildi, donor axtarıldı. Daha sonra İranda böyrək əməliyyatı baş tutdu, uşağın böyrəyi dəyişdirildi”.
E.Xudadatov əlavə edib ki, qardaşı taksi sürücüsü kimi çalışıb və onun başqa əməllərinin olub-olmamasından xəbəri yoxdur.
Qeyd edək ki, Vahib Xidadatov barəsində həbs qətimkan tədbiri seçilib. Vahib Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.
Cinayət əməlləri nəticəsində orqanları alqı-satqı obyekti olmuş şəxslər həkim nəzarətinə götürülüb.
Hazırda istintaq-əməliyyat tədbirləri davam edir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz