0

Şamaxıda görünməmiş olay: müəllim 6 - cı sinif şagirdindən 102 - yə şikayət etdi

Baxış: 2 555
Realliqinfo.org saytının Şamaxı rayonu üzrə bölgə müxburi Kazım Cəbrayılovun verdiyi məlumatda bildirilir ki, rayonun 2 saylı məktəbin müəlliməsi 6 cı sinif şagirdindən Daxili İşlər Nazirliyinin 102 xidmətinə şikayət edib. 

Şikayətin səbəbi şagirdin dərs başlayan zaman sinfə daxil olarkən qapını çırpması olub. Bundan qəzəblənən məltəbin fizika müəlliməsi 102 polis xidmətinə zəng edərək şikayətçi olub.
Əməkdaşımız baş verən olayla bağlı müəlliməyə sorğular ünvanlandırıb. Müəllimə bildirib ki, şagird sinfə daxil olarkən qapını astaca örtməyib.
6 cı sinif şagirdinin polisə şikayət olunaraq cəzalandırmaq istəyən məktəb rəhbərliyinin bu qəribə davranışı bizi də düşündürür. Görəsən məltəbin təlib tərbiyyə işləri ilə məşğul olan zavuşu və ya psixoloq müəllimi hansı işlərlə məşğuldur? Bir uşağın qapını asta örtmədiyi üçün polisə şikayət olunaraq cəzalandırılması və məktəb müəlliməsinin etdiyi əmələ bəraət qazanması təhsilimizin hansı vəziyyətdə olduğuna nümünə sayıla bilər. 
Mövzuya qayıdacağıq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz