0

"Halal"a haram qatan kolbasa sexi: ölmüş heyvan cəsədləri hara aparılır?

Baxış: 658

Azərbaycanda heyvanlar arasında dabaq xəstəliyinin yayılması barədə məlumatlar yayılıb.

Mediada aran rayonlarında dabaq xəstəliyinin yayılması ilə bağlı həyəcanlı məlumatlar yayılıb. Xüsusi ilə Bərdə və Goranboy rayonlarında xeyli sayda mal-qaranın xəstəlikdən tələf olduğu bildirilir. Məlumatda iddia olunur ki, ölmüş heyvanların cəsədlərinin əhalidən toplanılaraq aparılır. Deyilənə görə onları kolbasa sexlərinə verirlər.

Qeyd edək ki, bir müddət öncə də bir sıra bölgələrdə dabaq xəstəliyinin artması ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) 2016-cı il ərzində respublikada iri və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparıldığını açıqlamışdı.(aztoday)Bu arada qeyd edək ki, ölkədə “Halal” nişanı ilə satılan ət və ət məhsullarının çeşidi son zamanlar artmaqdadır. Ölkədə kolbasa istehsalı ilə məşğul olan kifayət qədər sex və müəssisə mövcuddur ki, hər biri öz məhsulunun halal olmasını iddia edir. Bəs görəsən “halal məhsul” dedikdə nə başa düşülür? Bu barədə müxtəlif fikirlər səslənsə də, əslində hər hansı bir ət və ət məhsulunun halal olmasının göstəricisi həmin məhsul hazırlanarkən istifadə olunan heyvanın ətinin şəriət qanunlarına uyğun kəsilməsidir. Yəni şəriət qanunları ilə, üzü qibləyə, “bismillah” deyilməklə kəsilən heyvanın ətindən hazırlanan kolbasa və bu kimi məhsullar, ancaq bu cür halal hesab oluna bilər. Bu göstəricilərə əməl etmək isə bütün müəssisələrə nəsib olmur. Kolbasa istehsalı ilə məşğul olan sex və ya iri həcmli şirkətlər ət və ət məhsullarının çeşidinin hazırlanmasında bəzən bilərəkdən, bəzən də bilmədən bu standartları pozurlar. Əti qadağan olunmuş və ya ölmüş heyvanlarının ətindən istifadə etməklə bir çox şirkətlər kolbasa fəaliyyətində “halal” göstəricisini itirmiş olurlar. Halala haram qatan, daha doğrusu, haramı "halal" kimi təqdim edən sexlərdən biri də "Ovqat" əmtəə nişanı ilə fəaliyyət göstərdiyi iddia olunur. Məlumatda bildirilir ki, bu müəssisədə işçilərin çoxu ilə əmək müqaviləsi bağlanmayıb. Onların maaşından gəlir vergisi, sosial müdafiə fonduna ayırmalar tutulmur. İstehsal avadanlıqları köhnəldiyindən, onların istifadəsi əməyin təhlükəsizliyini təmin etməyə imkan vermir. İstehsalatda bədbəxt hadisə baş verəcəyi təqdirdə xəsarət alacaq işçilərin müavinət almaq imkanları yoxdur.

Əgər Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX), Respublika GEM və digər əlaqəli qurumlar sözügedən müəssisəyə reyd etsələr, yoxlama zamanı mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran, haradan alınması və sağlamlığı barədə baytarlıq arayışı olmadığı aşkar olunar. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.(Rublika.az)

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz