0

Korrupsiya İdarəsi iş adamını cinayətə təhrik edir…

Baxış: 446

Dövlət iki şeydən sarsıla bilər. Günahkar cəzasız qalanda, günahsıza cəza veriləndə.

Heydər Əliyev

“Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Artıq üç ildən çoxdur ki, iş adamı, Qarabağ müharibəsi veteranı Adil Nəcəfovun üzləşdiyi özbaşınalıqla bağlı müvafiq dövlət qurumlarına etdiyi çoxsaylı şikayətlər nəticəsiz qalmaqdadir. İş adamının şikayətlərində isə kifayət qədər həyəcanverici məqamlar olmasına baxmayaraq dövlət qurumları bunu görməzdən gəlirlər.

Bu səbəbdən iş adamının Prezident İlham Əliyevə etdiyi təkrar müraciətdə dövlət qurumunun, konkret Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin onu cinayət törətməyə məcbur buraxdığını qeyd edib.

Qeyd edək ki, 2015-ci ildə Adil Nəcəfov Respublika Prokurorluğuna şikayət verib. Şikayəti Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndəriblər. Vətəndaşla müstəntiq Heydər Məmmədov və daxili araşdırmalar şöbəsinin rəisi Anar Nəsibov görüşüb, onlar şikayətçiyə sövdələşmə təklif ediblər: o, tələb etdiyi məbləğin 10%-ni alır və yazılı olaraq bir milyon yarım manatı əldən aldığını təsdiq edir. Nəcəfov imtina edib, belə ki, 150 min manat onun problemlərini həll edə bilməzdi. Bu zaman onu idarədən qovaraq, “şikayət təsdiqini tapmamışdır” şəklində qətnamə tərtib ediblər və bundan sonra orada Nəcəfovun müraciətlərinə baxılmayıb. Amma vətəndaşın bütün növbəti şikayətləri də bu idarəyə göndərilməyə davam edib.

Nəcəfov hüquq-mühafizə orqanlarına 200-dən çox yazılı müraciət göndərib. Baş Prokurorluq onun məktublarını Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərir, bu idarənin işçiləri vətəndaşa cinayət sövdələşməsi təklif edirdilər. Səriştəli şəxslər ona deyirdilər ki, bu cür işlərə müstəsna olaraq bu idarədə baxıldığına görə başqa heç kim onunla məşğul olmayacaq.

Adil Nəcəfov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbəri Kamran Əliyevə 30 məktub və 6 teleqram göndərdikdən sonra onun qəbuluna düşməyə nail oldu. Fevralın 6-da Əliyev Nəcəfovla görüşdü, nəzakətlə onu dinlədi, o cümlədən tabeliyində olan şəxslərin pul tələb etməsi haqqında biznesmenin danışdıqlarına qulaq asdı və vətəndaşa kömək etməyə söz verdi. Amma sözünü tutmadı. Pul tələb edənlər cəzalandırılmayıb – Kamran Əliyev öz tabeliyindəki işçilərin tərəfini tutdu, mən isə onun üçün “qurbanlıq qoyun” oldum, deyə Adil Nəcəfov qeyd edir.

Daha sonra o, növbətçi prokuror Arif Eyyubovla görüşüb, o, təəccüblənmiş vətəndaşa müstəntiq Rəşad İsgəndərovun apardığı yoxlama nəticəsində şikayətdə göstərilən faktların təsdiqini tapmadığını bildirib.

Dəhşətli olan odur ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin çıxardığı qərardan sonra başqa heç bir instansiya şikayətimə baxmır. Məhkəmə iddiamı təmin etməyib. Fevralın 23-də Baş Prokurorluğun növbətçi prokuroru Yaqut Əliyeva ilə görüşdüm, ondan şikayətimə baxılması barədə soruşdum. Yenə öyrəndim ki, bütün məktublarım Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Y.Əliyevadan soruşdum ki, bu müəssisədən şikayət edirəmsə, niyə şikayətimə baxılması Baş Prokurorluğa deyil, onlara tapşırılır? Y.Əliyeva mənə cavab verə bilmədi…

Adil Nəcəfov ədaləti bərpa etmək üçün başqa nə edəcəyini bilmir. Mənim pulumu alanları öldürmək və beş nəfərin ölümünə səbəb olmaq, ya da özümü öldürmək məcburiyyətindəyəm. Baş verənlərə görə bütün məsuliyyət Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üzərinə düşəcək, deyə vətəndaş Nəcəfov prezidentə və digər dövlət rəhbərlərinə xəbərdarlıq edib.

İş adamı hələ də prezidentin onun xahişinə baxacağına və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindəki şəhsləri cəzalandıracağına, sadə vətəndaşın isə əlindən alınan pulunun geri qaytarılacağına ümid edir.

Görünür, iş adamının yazdığı kimi gözlənilən cinayət hadisəsi baş verdikdən sonra, müvafiq dövlət qurumları hərəkətə keçəcək…

Fuad Muxtarlı

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz