0

Tədris-Terapevtik Klinikasında özbaşınalıq - Görün, pulu necə qazanırlar...

Baxış: 372
Sosial şəbəkə istifadəmilərindən biri ATU-nun Tədris-Terapevtik Klinikasında "müştrilərə" necə pullu xudmət göstərmələri barədə bir post paylaşıb. Dia.az teref.info-ya istinadən həmin statusu təqdim edir:

"Keçən dəfə bir dostumuz uşağı aparıb ATU-nun Tədris-Terapevtik Klinikasında rentgen elətdirib. Ödənişin əvəzində gördüyünüz qəbzi veriblər. Dövlət xəstəxanasıdı filan bunu bir kənara qoyuram onsuzda hamı bilir ki, bizdə dövlət səhiyyəsi bir çox hallarda özəldən də baha çıxır. Bizi təəccübləndirən qəbzdəki ödəniş növləridir. Gördüyünüz kimi rentgenin qiyməti 20 manat, əlavə olaraq nəticənin isə xəstəyə verilməsinə 6 manat yazıblar. İnsan gərək nə qədər həyasız olsun ki, analizin nəticəsini də xəstəyə pulla satsın. Əgər mənə nəticə verilməyəcəksə, onda mən dəliyəm analiz verim, yaxşı bəs həkim mənə necə müalicə yazsın:)"

 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz