0

İnterpolun axtardığı azərbaycanlı Ukraynada həbs olundu

Baxış: 54

Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əməkdaşları Dneprepetrovski vilayətinin Kamensk rayonunda İnterpol xəttilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Press-az.com Virtualaz.org -a istinadən bildirir ki, bu barədə UTX-nın mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, saxlanılan şəxs Azərbaycanda bu ölkənin Cinayət Məcəlləsinin 178.3.2 maddəsi (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham edilir.

Xüsusi xidmət orqanının tədqiqatçıları müəyyənləşdiriblər ki, cinayətkar Ukraynada dövlətin milli maraqlarına ziyan vuran sahədə, ələlxüsus da "iqtisadi və etnokonfessional sferalarda" fəaliyyətə başlamağı planlaşdırırmış.

Hazırda əcnəbi həbsdədir, onun Azərbaycana ekstradisiyası ilə bağlı məsələ həll edilir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz