0

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə ziyafət təşkil edilib(FOTO)

Baxış: 122
Press-az.com-un verdiyi məlumata görə,  2018-ci il 9 Fevral İran İslam İnqilabının 39-cu il dönümü münasibəti ilə Fartuna Hotelinin Nizami Gəncəvi zalında İran Sefirliyinin təşkilatçılığı ilə tədbir təşkir olunmuşdur.  
Press-az.com-un verdiyi məlumata görə,  tədbirin rəsmi açılışı Azərbaycan və İranın Dövlət Himninin oxunması ilə başlandı. Giriş nitqini İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə açılış nitqi söylədi. İran Azərbaycan Dostluğundan, İranın dünyada iqtisadi-siyasi uğurlarından danışdı. Azərbaycan Dövlətinin adından İqtisadi İnkişaf Naziri Şahin Mustafayev çıxış etdi. O, çıxışında İran İslam Respublikası ilə Azərbaycan Respublikasının Dostluq əlaqələrindən danışaraq bildirib ki, Dostluq əlaqələrimiz Dövlətlər arası İqtisadi inkişafa, Siyasi inkişafa, Turizm inkişafına, və Mədəniyyətə öz təsirini göstərib. 

Rəsmi hissə yekunlaşdıqdan sonra İran İslam İnqilabının 39-cu il dönümü ilə əlaqədar olaraq ziyafət süfrəsi təşkil olundu. Ziyafət süfrəsində Milli Məclisin Deputatları, Ziyalılar, Ruhanilər, Media Nümayəndələri, Xeberman.com Saytının Təsisçi Redaktoru Polad Aslanovda iştirak etmişdir. 








 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz