0

Hərbi Məhkəmənin sədri tutduğu vəzifədən azad edildi

Baxış: 560
Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri Vəli Əliyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.

Bu barədə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olan layihədə qeyd olunur. 

Layihədə Qasım Vəli oğlu Əliyevin vəzifəsinin dəyişdirilərək Naxçıvan Muxtar Respublikanın Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılması tövsiyə edilib.

Milli Məclisin fevralın 13-də keçiriləcək plenar iclasında Qasım Vəli oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılacaq.
Bu qərar imzalandığı gündən qüvvəyə minəcək.

Xatırladaq ki, Q.Əliyev 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi. /Ölkə.Az/
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz