0

Rejissor Natiq Axunda qoyulan qadağa aradan qaldırıldı

Baxış: 227

Rejissorun ölkədən çıxışına qoyulan qadağa aradan qaldırıldı.

Press-az.com-un verdiyi məlumata görə, bu barədə rejissor Natiq Axund Minval.info-ya məlumat verib. O, “stop”un səbəbini saytımıza açıqlamasa da, bununla əlaqədar keçirilən məhkəmə prosesinin uğurlu yekunlaşdığını qeyd edib:

“Heç bir problem baş vermədi, ölkədən çıxışıma qoyulan qadağa ilə bağlı anlaşılmazlığa son qoyuldu. Qanun çərçivəsində bu maneə aradan qaldırıldı. Suraxanı Rayon Məkəməsinin icraçısı Rövşən Əliyevə və hakim Zülfüqar Sadıqova xidməti vəzifəsinin öhdəsindən vicdanla gəldiyi üçün öz dərin minnətdarlığımı bildirirəm”.

O həmçinin qeyd edib ki, artıq fəaliyyəti ilə əlaqədar olaraq hazırda Türkiyədədir.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz