0

SON DƏQİQƏ: Yeni təhsil nazirinin kimliyi bilindi

Baxış: 5 063

Son yerdəyişmələrdən sonra boş qalmış mühüm dövlət postlarına təyinatların davam edəcəyi gözlənilir. Xatırladaq ki, ötən həftə uzun müddət təyinatı yubanan Yasamal rayon icra hakimiyyətinin başçısı postuna Cəlilabad rayonunun sabiq başçısı Əziz Əzizov gətirilib. Növbəti iş həftəsində isə təhsil naziri vəzifəsinə təyinatın olacağı bildirilir.

Bu əsnada əldə etdiyimiz məlumata görə, təhsil naziri postuna Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov təyinat alacaq. Məlumat üçün bildirək ki, sabiq təhsil nazirlərindən olan Misir Mərdanov da həmin vəzifəyə məhz BDU-nun rektoru kürsüsündən gətirilmişdi.

Mənbənin sözlərinə görə, yeni təhsil naziri kimi məhz Abel Məhərrəmovun üzərində dayanılması bir neçə amillə bağlıdır. Əvvəla, Abel Məhərrəmov əslən Qərbi Azərbaycan bölgəsindəndir və hakimiyyət onu nazir postuna gətirməklə qarşıdan gələn prezident seçkilərində sözügedən elektoratdan maksimum dəstək almağı hədəfləyib. Digər tərəfdən isə Abel Məhərrəmov sabiq təhsil naziri Mikayıl Cabbarovdan fərqli olaraq bu sahəyə yad adam deyil. Hakimiyyət onu seçməklə həm də “ölkə təhsili təsadüfi şəxslər ucbatından məhv edilir” anti təbliğatını neytrallaşdıracağını düşünür.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz