0

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

Baxış: 853

Milli Mədəniyyətin Təbliği İctimai Birliyi həbsdə olan siyasi məhbus ailələrinə dəstək məqsədilə “ATA, YOLUNU GÖZLƏYİRƏM!” adlı rəsm müsabiqəsi keçirib. Novruz bayramı ərəfəsində məhbus ailələrini, xüsusən onların kiçik yaşlı övladlarını sevindirmək məqsədi ilə keçirilən tədbir martın 11-də yekunlaşıb. Müsabiqədə siyasi məhbus övladlarının şəkdiyi rəsmlər nümayiş etdirib.

Tədbir siyasi məhbus övladlarının ifasında Dövlət himnimizin oxunması ilə açılıb.  Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin sədri Jalə Cəfərova iştirakçılara təşəkkürünü bildirib. Tədbirdə siyasi məhbus ailəli ilə yanaşı ictimai-siyasi xadimlər, mədəniyyət və incəsənət nümayəndələri də iştirak edib.

[media=

Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev, Müsavat Partiyasının başqanı Arif Hacılı, Milli Şuranın kordinasiya mərkəzinin üzvü İbrahim İbrahimli, AXCP sədrinin müavini Gözəl Bayramlı, hüquq müdafiəcisi Oktay Gülalıyev tədbirdə çıxış edərək öz arzularını bildirib. Bütün istəklərin əsas qayəsi siyasi məhbusların azadlığa qovuşması ilə bağlı olub.

Qaliblərə diplom verilib. Müsabiqədə birinci yerə Seyfəddin Şirvanzadənin çəkdiyi “Təcridxana” rəsmi layiq görülüb. Murad Ədilovun qızı Gülgünün “Həbsxana” rəsmi ikinci olub. Fikrət Fərəməzoğlunun qızı Atanaz müsabiqənin üçüncüsü olub. Tədbirdə iştirak edən bütün uşaqlara həvəsləndirici hədiyyələr verilib.

Tədbirdə aktyor Ağalar Mirzə şeirlər səsləndirib. Musiqi qrupu siyasi məhbus övladlarına musiqi töhvəsi ərmağan edib.

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

Siyasi məhbus övladları ataları üçün toplandı FOTO, Video

 

 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz