Bakının bu rayonlarında köhnə binalar sökülür – Yerinə çoxmərtəbəli binalar tikiləcək » Press-az
0

Bakının bu rayonlarında köhnə binalar sökülür – Yerinə çoxmərtəbəli binalar tikiləcək

Baxış: 1 326

Paytaxtın mərkəzində qəzalı vəziyyətdə olan evlər sökülüb,yerində isə müasir formada olan yaşayış binaları tikiləcək. Artıq işlərə də başlanılıb.sakinlərə isə tikiləcək binalardan tam təmirli mənzillər veriləcək. Xətai və Sabunçu rayonlarında başlanan bu işlərin yaxın illərdə başa çatdırılması planlaşdırılır.

Press-az.com xezerxeber.az-a istinadən bildirir ki, paytaxtın iki yerində qəzalı vəziyyətdə olan yaşayış evlərinin söküntüsünə başlanılıb.Yerində isə hündürmərtəbəli binalar tikiləcək.

Söhbət Xətai və Sabunçu rayonlarında yerləşən evlərdən gedir. Metronun Xətai stansiyasının yaxınlığında, Sabit Orucov küçəsində yerləşən qəzalı vəziyyətdə olan 100-ə yaxın ailənin yaşadığı birmərtəbəli evlərin söküntüsünə başlanılması üçün ərazi hasara alınıb. Söküntüyə başlanılması üçün binanı inşa edən tikinti şirkəti ilə sakinlərin bəziləri arasında razılığa da gəlinib.Sakinlər arasında mənzilləri boşaldanlar da var.Onlara kirayə mənzillərdə qalaması üçün kirayə haqqı ödənilib.

Bəzi sakinlər isə bildirir ki,ərazi hasara alınmasına baxmayaraq onlara bununla bağlı müraciət edən olmayıb.

Tikinti aparacaq şirkətin nümayəndəsi Kamil Məmmədov deyir ki, sakinlərin heç bir narahatçılığına ehtiyac yoxdur. Söküləcək bu evlərin yerindən bir neçə 18 mərtəbəli yaşayış binası tikiləcək.Sakinlərə evlərin verilməsi ilə bağlı onlarla əvvəlcədən müqavilə imzalanır.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz