0

Azərbaycan hakimiyyəti vətəndaşları çörəklə imtahana çəkir.

Baxış: 192
Press-az.com-un verdiyi məlumata görə, 15 yanvar 2018-ci ildə, Klassik Xalq Cəbhəsi Partiyası, İdarə Heyətinin növbəti yığıncağı keçirilmişdir. Yığıncaqda, qərarların icra vəziyyəti, ictimai – siyasi vəziyyət, qarşıda duran vəzifələr və cari məsələlər müzakirə olunmuş, müvafiq qərarlar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında, 20 Yanvar Şəhidlərinin Anım Günün qeyd edilməsi ilə bağlı, 20 Yanvar 2018-ci il saat 12:00-da Şəhidlər Xiyabanını ziyarət etmək haqqında qərar qəbul edilmişdir. İdarə Heyətinin yığıncağında, 24 yanvar 2018-ci ildə keçiriləcək Qarabağ Forumuna hazırlıq haqqında müzakirələr aparılmışdır. KXCP, Əfqan Muxtarlıya Balakən rayon məhkəməsi tərəfindən 6 il həbs cəzası verilməsini pisləyir və Azərbaycan hakimiyyətindən onun dərhal azad edilməsini tələb edir. KXCP, 2018-ci ilin yanvar ayının pensiyalarının gecikdirilməsini hökumətin vətəndaşlara qarşı çörəklə imtahana çəkməsi kimi qiymətləndirir, bu işdə məsuliyyət daşıyan hakimiyyət nümayəndələrinin cəzalandırılmasını tələb edir. İdarə Heyətinin yığıncağında, KXCP Ali Məclisinin 28 yanvar 2018-ci ildə keçiriləcək Sessiyasının gündəlik layihəsi müzakirə edilmişdir.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz