0

Prezident İlham Əliyevə məktub yazdığına görə AZAL-dan işdən azad olunan işçinin hüququnu məhkəmələr qorumaqda acizdir

Baxış: 617

Xeberman.com saytı olaraq izlədiyim məhkəmə proseslərinin ən son həddə qanunsuzluğu ilə yadda qalan bir məhkəmə prosesindən yazacağam.Oxuyucularımıza hər məhkəmə prosesinin nəticələri ilə bağlı hər zaman məlumat verirdik,amma qeyd edəcəyim məhkəmə prosesinin nəticəsini yaza bilmədim. Bəhs edəcəyim yazı Aviyasiya Təhlükəsizlik Baş İdarəsi (ATİB)-dən qeyri-qanuni işdən çıxarılan Vəliyev Toğrul Nazim oğlunun iddiası əsasında məhkəmə proseslərindən bəhs edir . İlk əvvəl Toğrul Vəliyevlə necə tanış oldum qısası ondan yazım.Günlərin bir günü Aviyasiya Təhlükəsizlik Baş İdarəsində işləyən bir dostum mənə dedi ki, qardaş bizdə bir işçi var Elxan Orucov ona töhmət verdirib. O isə töhməti qanunsuz saydığına görə Cənab Prezident İlham Əliyevə və Mehriban xanıma ərzə yazıb. O ərzələrdən sonra isə Aviyasiya Təhlükəsizlik Baş İdarəsinin direktor müavini Etibar Cəbrayılov onu məcbur edir ki, sənə yaxşılığımız odur ki,səni töhmətlə işdən çıxartmırıq sən özün ərzəni yaz işdən çıx.Əks təqdirdə səni istatiya ilə işdən çıxardarıq. Toğrul Vəliyev isə kişi kimi sözünün üstə durub özü ərzə yazmır,sonda onu istatiya ilə işdən çıxardırlar.  Həmin vaxtlar artıq biz Toğrul Vəliyevlə tanış olduq və məhkəmə prosesləri başladı. Mən də məhkəmələrdə jurnalist kimi iştrak edir və məhkəmə proseslərindən yazırdım. Məhkəmə prosesinə ATİB-in direktor müavini Etibar Cəbrayılov birinci və axırıncı məhkəmə prosesindən başqa bütün məhkəmə prosesinə dərsə davamiyyəti yaxşı olan tələbə kimi gedirdi ki, oxuya bilmir heç olmasa davamiyyətə görə üç ala bilsin. Əvvəldən sonuna qədər məhkəmə prosesində cavabdehin nümayəndəsi kimi iştirak edir,AZAL-ın vəkili Yasin Məmmədov macal vermir,bütün sualları özü cavablandırırdı. Sanki, Toğrul Vəliyev AZAl-a qarşı iddia qaldırmayıb, Etibar Cəbrayılova qarşı qaldırıb.Etibar müəllimə deyiləndə iddia ilə bağlı sözünüz nədir?O da həmişə ATİB-in yaranmasından danışırdı. İlk məhkəmə prosesi Xəzər rayonunda başladı.Hər məhkəmə prosesindən sonra gülməyə və dostları güldürməyə belə tema olurdu sağ olsun Etibar bəyi. Sonda bizi Xəzər rayon məhkəməsinin hakimi  Samir Mayılov güldürdü özü də məni pis formada Toğrul Vəliyev və onun vəkili Yalçın İmanova bildirdi ki, sizin xeyrinizə qərar verərdim məni pis vəziyyətdə qoydunuz.Siz məhkəmə prosesinə müxalifətçi jurnalist gətirirsiniz o prosesi başdan-ayağa yazır. İndi mən necə qərar verim?Hakimin sözü məni şoka saldı,axı mən müxalifət partiyasının üzvü deyiləm.Bitərəf mövqedə yazılar yazıram. Digər səbəb jurnalistin məhkəmədən reportaj hazırlaması özü də AZAL-a qarşı olan bir məhkəmə prosesini işıqlandırmaq ən təbii haqqımdır mənim. Uzun sözün qısası Xəzər rayon məhkəməsinin hakimi bir ay gedən  məhkəmə prosesindən sonra qərar verə bilmir ,iki həftə məhkəmənin vaxtını uzadır ki, tərəflər barışıb razılığa gəlsin.Açıq-aşkar ATİB-in direktor müavininədə deyir ki, sizin sənədlər qaydasında deyil,əks təqdirdə uduzacaqsınız. Onlar gedir.İki həftədən sonra gəlirlər məhkəməyə.Hakim qərar əvəzinə deyir ki,mən işə baxa bilmərəm çünki, AZAL-ın baş ofisi Nəsimi rayonunda yerləşir.Bu işə Nəsimi rayon məhkəməsi baxmalıdı. Nə edək  AZAL-ın şah olduğu ölkədə yaşayırıq hakimin etirafı əsasında deyirik . Nəsimi rayonundada məhkəmə prosesi oldu.Qarşı tərəfin dəlilsizliyinə baxmayaraq Toğrul Vəliyevin  uduzacağını  bilirdik.Növbəti məhkəmə prosesi apliyasiya məhkəməsi oldu. Bütün dəlillər gətirildi və hətta hakim Azad İmanov Toğrul Vəliyevin töhmət almasına səbəb olan birinci yolda maşın saxlayıb keçməsini bildirib ona heç kim etiraz etmədiyini bildirdi.Nə üçün buna töhmət veribsiniz sualına Etibar Cəbrayılovun cavab verməməsi məni güldürdü. Vəkili Yalçın İmanov bildirdi ki, işə götürən AZAL-ın prezidentidir və onun səlahiyətindədir işçiyə töhmət verilməsi və işdən çıxarılması ,amma vitse prezident bütün töhməti və işdən çıxardılmasını işlərini görüb ona görə həm töhmət ,həm də işdən çıxardılması qanunsuzdur deməsi. Hakimi vadar edir ki, Etibar Cəbrayılova sual versin.Deyir necə olur Cahangir müəllim məzuniyyətə gedən kimi İlyas müəllim işçiyə həm töhmət verir, sonra da işdən çıxardır. Bu sual ilə sanki qanunsuz qərara Azad müəllim etiraz edirdi.  Sonra Etibar bəy gəlir kürsüyə.Yenə də başlayır ATİB-in tarixindən danışır.Bu zaman arxada oturan qız deyir Etibar bəy işin mahiyyətindən danışın. Etibar bəy qısa- konkret deyir ki, mən 20 dəfə Toğrula xəbərdarlıq etdim. Hakim görür dərsi yaxşı bilmir. Deyir gedin gələn səfər sən danışarsan müdafiyyəni yaxşı qurub gəl danış. Gedirik yanvar ayının 10-nu növbəti məhkəmə prosesi olur. Yəqin ki, dərsi Etibar müəllim yaxşı öyrənməmişdir deyə Elxan bəy onu qoymur getsin dərs danışmağa yerinə AZAL-ın vəkili Yasin Məmmədov gəlir.O həm çox fikirli həm də çox əsəbidir. Elə təəsurat bağışlayıb ki, Etibarın dərs bilməmsi onu da danladıb. Yekun ç ıxış edir. Çıxışda ancaq mənə həsir edir. Deyir hörmətli hakim belə də olmaz axı. Bu jurnalist məhkəmə prosesini başdan ayağa yazıb . Bizi də sizi də biabır edib . Az qaldı hakimdən məni cəzalandərmağı tələb.Bəlkə də edərdi, hakim deməsə idi əlavə fikiriniz yoxdursa əyləşin. Beləcə hakim müşavirəyə getdi.10 dəqiqə fasilədən sonra gəldi və dedi:” Nəsimi rayon məhkəməsinin qərarı qüvvədə qalsın”.Beləliklə qanunsuzluq qanuna qalib gələrək,el dili ilə desək rüsvayçılıqla Azala qarşı Toğrul Vəliyevin iddiası təmin edilmədi.Hərçənd ki,hakim özü də etiraf etmişdi ki,Toğrul Vəliyevin işdən çıxarılması və töhmət alması qeyri-qanunidi.Sonda bildirirəm ki,  Toğrul Vəliyevin işə bərpa olunması və AZAL-a qarşı qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi Ali məhkəmdə olacaq.

Ötən məhkəmə proseslərinin xəbər sılkaları.

http://press-az.com/gundm/1882-shok-atbi-nin-ishchisi-azal-mehkemeye-verib.html

http://press-az.com/gundm/2043-azal-mehkemeye-verilib-shok-sebeb.html

http://press-az.com/bas-xbr/2235-azal-dan-ishden-chixarilan-togrul-veliyevin-emri-selahiyyeti-olmayan-shexs-terefinden-verilmishdir.html

http://press-az.com/gundm/2486-qanuna-zidd-olsa-da-azal-in-numayendesinin-vesadetini-hakim-temin-etdi.html

https://xeberman.com/news/olke/18965-azal-in-qeyri-qanuni-ishden-cixarilma-ile-bagli-shikayyete-apliyasiya-mehkmesinde-baxilir.html

 

P.S gələn yazılarımızda

1.ATİB-də son illər ərzində işdən çıxarılan (məxsusda rəhbər şəxslərin)qanunsuz olaraq işdən çıxarılması ilə bağlı araşdırma yazı dərc edəcəyik.Həmin şəxslərin əldə etdiyimiz siyahılarını sizlərə təqdim edəcəyik.

2.Son illər ATİB-ə qeyri-qanuni olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə zidd olaraq,ATİBİ-nin nizamnaməsinə zidd olaraq işə qəbul olan rəhbər şəxslərin siyahısı,

3.ATİBİ-də Müdafiə Nazirliyindən işdən çıxarılmış və töhmət almış işçilərin siyahısını,

4.Etibar Cəbrayılovun ATİ-dən töhmətlə işdən çıxarılmasına baxmayaraq ATİB-yə necə işə girməsi ilə bağlı şokk faktlar dərc edəcəyik,

5.ATİB-yə rüşvət müqabilində işçilərin işə qəbul faktlarını siz oxuyucularımızla bölüşəcəyik.

Bizi izləməyə davam edin.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz