0

Azərbaycanda telekanalın çəkiliş qrupu qəzaya düşdü

Baxış: 470
"Dünya” televiziyasının çəkiliş qrupu qəzaya düşüb.
Press-az.com APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonu ərazisində, "Nəvahi” postu yaxınlığında baş verib.
"Ləziz Səyahət” verilişinin çəkiliş qrupunun olduğu "Mercedes” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.
Verilişin aparıcısı Aqşin Kazımoğlu APA-ya faktı təsdiqləyib: "Yüngül qəza keçirdik. Allaha şükür hər şey qaydasındadır, xəsarət alan yoxdur”.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz