0

“Eşq Səfəri”MMC-nin rəhbəri Fəxri Həsənov: Məşədə İmam Rza (e)ziyarətə gedən hər zəvvardan 10$ ,Kərbəlaya İmam Hüseyn(e)ziyarətə getmək üçün 20$ dolya alırlar (VİDEO)

Baxış: 973
 Son günlər Xeberman.com saytında dərc olunan Ziyarət şirkətlərinin manopolyalaşması ilə bağlı DTX-nın əməkdaşları tərəfindən qeyri-qanuni olaraq ziyarət şirkətlərindən zəvvarlara görə el dili ilə desək dolya almaq faktı ilə bağlı “Eşq Səfəri”MMC-nin rəhbəri Fəxri Həsənov tərəfindən Prezidentə video müraciyyət ünvanlanıb.Xeberman.com saytına Fəxri Həsənov bildirib ki,Prezident İlham Əliyev Cənablarına müraciyyətinin əsas səbəbi son bir neçə ayda DTX-nin əməkdaşlarının qeyri-qanuni olaraq keçmiş MTN-nin yolunu gedərək,hətta öz çirkin əməllərinə Prezidentin adını da əlavə edərək bildirirlər ki,bütün dövlət qurumlarının rəhbərləri bilir ki,Məsədə İmam Rza (e)ziyarətə gedən hər zəvvardan on dollar(10$),Kərbəlaya İmam Hüseyn(e)ziyarətə getmək üçün iyirmi dollar(20$) dolya alırlar.Vermədiyimiz təqdirdə isə gömrükdən keçə bilmədiyimizi bizə bildirirlər və ictimailəşdirdiyimiz təqdirdə isə həbs olunacağımızla bağlı hədələnirik.Fəxri Həsənov bildirir ki,o dövlətinə,xalqına sadiq bir insandı.Heç bir müxalif düşüncəyə malik deyil.Prezidentinin uğurlu siyasətini dəstəkləyir.
Cənab Prezidentin özü dəfələrlə bildirib ki,sizlərdən ,yəni biz sahibkarlardan kimsə rüşvət,haqq,dolya istəsə Prezidentə həm media,həm də Prezidentin elektron poçtuna yuxarıda sadaladığım çirkin fakları ünvanlayaq.Biz də “Eşq Səfəri”MMC-i olaraq DTX-nın bu haqsız pul almasından Prezidentimizə müraciyyət edirik.Sonda Xeberman.com saytının vasitəsilə həm Cənab Prezidentə,həm də ictimaiyyətə çatdırmaq istəyirəm ki,mən 5-ci sinifdə oxuyandan namaz qılıram.O gündən bu günə Allahın haram bildiyi işlərdən uzaq olmağa çalışıram.Heç bir pis vərdişim yoxdu,yeni narkotik çəkmirəm,silahdan istifadə etməmişəm və etmərəm də,heç bir xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişəm və etmərəm də bir çox şirkət rəhbərlərindən fərqli olaraq.Mənim şirkətimlə bağlı zəvvarlarımın heç bir şikayəti olmayıb.Ən yüksək səviyyədə zəvvarlarımızın ziyarətlərini təşkil etmişəm.İşçilərimizlə əmək müqaviləmizi bağlamışıq.Apardığımız hər zəvvara görə dövlətə vergi veririk,digər şirkətlərdən fəqlı olaraq.Hətta Azərbaycanda yeganə ziyarət şirkət bizik ki,ziyarətə apardığımız zəvvarların hər birini sığortalayırıq.Yuxarıda qeyd etdiyim və edə bilmədiklərim hallarla bağlı bizə şərr və böhtan atsalar bilin ki,Cənab Prezidentə və hörmətli xalqıma etdiyim müraciyyətə görədi.
Cənab Prezident İlham Əliyev cənabları və Azərbaycan xalqı əgər mənim başıma bir iş gəlsə bilmənizi istəyirəm ki,bu haqsızlıqları ifşa edib sizlərə çatdırdığım üçün olub. 

Press-az.com saytı həmin video müraciyyəti təqdim edir
  
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz