0

Gürcüstandan bu maşınları gətirənlərə bəd xəbər - Qadağan olundu

Baxış: 1 686

1 yanvardan Gürcüstanda sükanı sağda olan avtomobillərdə onun sola keçirilməsini qadağan edən qanun qüvvəyə minib.

Press-az.com xəbər verir ki, 1 yanvar 2018-ci il tarixindən etibarən Gürcüstanda avtomobillər məcburi qaydada texniki baxışdan keçiriləcək.

Qadağa isə bununla bağlıdır.

Buna qədər sükanın yeri dəyişdirilən avtomobillər qadağasız texniki baxışdan keçiriləcək.
Bundan əlavə, sükanı sağda olan avtomobillərə faraların tənzimlənməsi istisna olmaqla başqa tələblər şamil olunmur. 

Qeyd edək ki, Gürcüstandan Azərbaycan xeyli sayda sükanının yeri dəyişdirilmiş avtomobil ixrac olunurdu.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz