0

İranda vəziyyət gərginləşdi: General xalqı təhdid etdi

Baxış: 566

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri jurnalistlərə açıqlamasında ölkəni bürüyən etiraz aksiyalarına münasibət bildirib.

Press-az.com xəbər verir ki, 2009-cu ildə ölkədə keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazları pisləyən və onun başçılarını (Mirhüseyn Musəvi və Mehdi Kərrubi) “amerikalı fitnəkarlar” adlandıran Baqiri deyib ki, onun başçılıq etdiyi qüvvələr, islam respublikası hakimiyyətinə qarşı çıxanların niyyətini həyata keçirməsinin qarşısını alacaq: “Biz İslam inqilabının devrilməsini istəyənlərin şeytani və iyrənc yuxusunun çin olmasına imkan verməyəcəyik. Biz islam respublikasının xəbis düşmənlərinin qarşısında dayanıb onları məyus edəcək, onların öz iyrənc hədəflərinə çatmasının qarşısını alacağıq”.

Xatırladaq ki, hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar  “Bahalığa yox” adı ilə “Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən başlayıb.  Dekabrın 28-də İranın  Məşhəd şəhərindən başlanıb.  Ölkənin ağır və acınacaqlı iqtisadi durumuna etiraz olaraq başalanan kütləvi aksiyalar və yürüşlər  sonradan daha 11 şəhəri əhatə edib.
 
Aksiya iştirakçıları  dini lider Əli Xamneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı sərt şüarlar səsləndirilib, onların istefasını tələb edib.  Xalq etirazları hələ də davam edir.


MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz