0

Suriyaya ziyarət adı altında zəvvar yığan şirkətlər haqqında Polad Aslanov şok faktlardan yazdı

Baxış: 770
Son günlər Suriyaya ziyarət adı altında bir çox şirkətlər Facebookda və digər sosial şəbəkələrdə elanlar paylaşır.Bu elanlar Azərbaycan cəmiyyətini çox narah edirdi.Əsas səbəb Suriyada ardıarası kəsilməyən terror,işid,pkk,ypg orda at oynatmasını nəzərə alaraq bu ziyarətlərin təşkil olunması bir çox suallar yaradırdı.Ən əsas diqqət çəkən məqam isə hüquq mühafizə orqanlarının Mədəniyyət Turuzim  nazirliyinin bu məsələyə susqun yanaşması bizlərin və yerli ictimaiyyətin diqqətini çəkmişdi.Bu məqsədlə saytımızın rəhbəri Polad Aslanov Suriyaya ezam olunmaq üçün getmək iştəmiş,amma çox təəsüf olsun ki,məlum səbəblərə görə getmək nəsib olmamışdı.Bununla bağlı o özünün facebook səhifəsində geniş məlumat dərc etmişdi.Biz də Press-az.com olaraq həmin yazını siz oxuyucularımızla bölüşürük.
Bir neçə vaxtdır ki ,MM city travel, Karvantur,Müctəba tur,Furqan travel,Hicaz114,Rehim16 və bu şirkətlərlə işləyənlər vəziyyətdən xəbəri olmadan düşünülməmiş şəkildə Suriyaya ziyarətlə bağlı zəvvar yığma adı altında elanlar paylaşırlar  Başa düşə bilmirəm ki düşünülməmiş bu elanlar kimə və nəyə lazımdır?.Bu elanları oxuyan kimi şəxsən mən bir jurnalist kimi çox təəccübləndim və çox sevindim. Bu məqsədlə Bakıda uzun araşdırma etdik ki İrandan ancaq hava yolları vasitəsilə Suriyaya getmək olar. Buna görə də biz İrana gəldik. Suriyaya gedən İran vətəndaşları ilə və o cümlədəndə  Suriyaya bilet satan şirkətlərin ofislərində yüksək səviyyəli görüşlər keçirdik. Onlar bizə dedi ki biz ancaq İran vətəndaşlarına biletlər satırıq,  oda kı İran təhlükəsizlik orqanlarının və Xarici işlər nazirliyinin razılığı əsasında satılır.Bu da ki,Suriya dövlətinin razılığı əsasında satılır.  Bu da kı muraciət etdiyiniz tarixdən 10 gün ərzində sizə cavab verilir. Təbii ki buda İran vətəndaşlarının müraciətləri əsasında baxılmır, təkcə xüsusi bir şirkət vardır ki,o şirkət sənin sənədlərini göndərsə o zaman Suriyaya gedib getməyəcəyini müəyyən edir.Uzun sürən xahiş minnətdən sonra bizə dedilərki razılıq verilsə 800 Azn pul ödəməlisiniz. Bunun üçün də 10 gün İranda qalıb cavab gözləməliyik.  Bu səbəbi nəzərə alaraq həm siyasi ,həm iqtisadi cəhətdən,həmdə nisyə məsələ olduğuna görə biz razılaşmadıq.  Bu yazımı oxuyan butun dostlardan xahiş edirəm ki Suriya ilə bağlı ziyarət elanlarına qeyri-ciddi yanaşsın.Və ən əsası orda olan hal-hazırkı Təhlükəsizliklə bağlı yayılan qeyri-rəsmi xəbərlərə inanmasın.Ən əsası bu qeyri-ciddi elanları paylayan şirkətlərlə bağlı aidiyyati üzrə dövlət orqanları ciddi şəkildə araşdırma aparsın,  Azərbaycan vətəndaşlarını aldadaraq Terror olan ölkəyə hansı səbəbdən aparmaq istəməsi ilə bağlı bizim bu SoS  həyacan siqnalımızı ciddi qəbul etsin və bu reklam çağırışlarının arxasında kimlər dayandığını araşdırıb tədbir görsünlər.  Əks halda gələcək təhlükələrlə bağlı heç kəs sığortalanmayıb.











 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz