0

ABŞ və Rusiya arasında yeni diplomatik qalmaqal – Lavrov amerikalıların Suriyadan çıxacağı tarixi göstərdi

Baxış: 41

Terrorçuların tam məhv edilməsindən sonra Amerika qüvvələri Suriya ərazisini tərk etməlidir.

Press-az.com xəbər verir ki, bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib.

“Buradan çıxış edərək deyə bilərik ki, Suriyada terror fəaliyyəti tam ləğv olunandan sonra amerikalılar Suriya torpaqlarını tərk etməlidirlər. Buna isə çox qalmayıb” – Lavrov belə deyib.

Rusiyalı naziri Pentaqon başçısı Ceyms Mettisin Suriyada “siyasi nizamlamada inkişaf əldə olunanadək” qalma niyyəti ilə bağlı niyyətinə təəccübləndiyini bildirib:

“Vaşinqton sanki ölkədə inkişaf səviyyəsini müəyyən etmə haqqını özünə götürüb və özünə lazım nəticəni əldə etməyənədək Suriya ərazisinin bir hissəsini əldə saxlamaq istəyir. İşlər belə görülmür. BMT TŞ ABŞ və rəhbərlik etdiyi koalisiyanın Suriyada fəaliyyətini sanksiyalaşdırmayıb. Suriya hökuməti də onları dəvət etməyib”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz