0

YANVARIN 1-DƏN ALİMENT MƏBLƏĞİ ARTIRILIR – AÇIQLAMA

Baxış: 3 625

Prezident tərəfindən imzalanmış müvafiq qanuna əsasən, 2018-ci il üçün uşaqların yaşayış minimumu 154 manat müəyyən edildi.

Məhkəmələr tərəfindən aliment təyin edilərkən, alimentin minimum məbləği yaşayış minimumuna uyğun təyin edilir. Bu isə o deməkdir ki, 2018-ci ilin yanvar ayının 1-dən etibarən minimum aliment 154 manat məbləğində müəyyən ediləcək.

Bunu Metbuat.az-a açıqlaması zamanı hüquqşünas Asif Abdullayev bildirib:

“Hazırda bu məbləğdən aşağı məbləğdə aliment alan şəxslər yanvar ayından etibarən məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onlara təyin edilmiş alimentin 154 manat məbləğində təyin edilməsi üçün müraciət edə bilərlər. Bu artım həm yanvardan aliment üçün məhkəməyə müraciət edənlərə, həm də bu məbləğdən aşağı aliment alanlara aiddir”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz