0

Ziyarət şirkətinin rəhbərinin şok etirafı və yaxud mövqeyi

Baxış: 873
Ötən həftə dərc etdiyimiz “ZƏVARLARI İSTİSMAR EDƏN ŞİRKƏT VƏ QRUP RƏHBƏRLƏRİ HAQQINDA ŞOK FAKTLAR” yazsından sonra bir çox vətəndaşlar saytımızın elektroun ünvanına və rəsmi facebook səhifəsinə müraciyyət edərək öz təşşəkkürlərini bildiriblər. Bundan əlavə adları yazıda keçən şirkət rəhbərləri də Xeberman.com saytının rəhbəri Polad Aslanova zəng edərək adlarının silinməsini xahiş edib. “Karvan Tur” şirkətinin rəhbəri isə Xeberman.com saytının facebook səhifəsində məlum yazının şərh bölümündə mövqeyini yazıb. Bizdə Xeberman.com saytı olaraq “Karvan Tur” şirkətinin rəhbəri Xeyyam adlı şəxsin mövqeyini qarşı tərəfin mövqeyi kimi dərc edib siz oxuyucularımız üçün təqdim edəcəyik. Amma Xəyyam bəyin məlum yazısı mövqeydən çox ehtirafı kimi qiymətləndiririk. Xəyyam bəyin etiraf etdiyi yazıda sual doğuran məqamları siz oxuyucuların diqqətinə çatdırırıq.

1)“Hicaz Tur”MMC-nin fəaliyyətindən yazaraq bildirib ki, “Hicaz Tur”MMC-nin fəaliyyəti zamanı heç bir nöqsana yol verilməyib. Onda sual yaranır ki, MTN dağıldıqdan dərhal sonra şirkəti niyə bağlandı?

2) “Karvan Tur” MMC-nin fəaliyyətindən yazaraq bildirir ki, 2015 –ci ildə zəvvarlarla şirkət arasında heç bir çətinliyimiz olmayıb, orda olan sadəcə anlaşılmazlıq olub. Onda səbəb qurup rəhbərləridi .”Karvan Tur”-un təsisçisinin bu cümləsindən bir şey başa düşmək olmur. Çünki, qurup rəhbərləri şirkətin işçisi deyilmi və həmin vaxt Xəyyam niyə zəvvarlar tərəfindən döyülmüşdür?.Xahiş edirik bu suala Xəyyam bəy cavab versin.

3) Xəyyam bəy bu ilki Ərbəin ziyarətindən sual verir ki, zəvvarlar arasında sorğu keçirilsin görək kimsə şikayyətçidir? Mən tam səmimi deyim bəli şikayətçilər,itənlər en qədər oldu bu il .Hətta qurup rəhbərlərinin atması,camaatı yarıyolda qoyması və s hallar yetərincə faktlar arasındadır. Bundan əlavə qurup rəhbərlərinin söyülməsi və döyülməsi də bu il yadda qalan şok hadisələrdəndir. 

4)Xəyyam bəy mövqeyində açıq formada MTN-nin fəaliyyətini müdafiyyə edir. Bu isə 2004-cü ildən 2015-ci ilə qədər Xəyyam bəyə MTN tərəfindən verilən ziyarət manopoliyasının təşəkkürü kimi qiymətləndirilir bizlər tərəfindən. 

5)Qardaşlaşmış olduğumuz şirkətlərin heç biri keçən yazımızda özlərini müqəssir bilmir. Başa düşmürəm bu şirkətlər Məhdud Məsuliyyətli Cəmiyyətdir (MMC) yoxsa Açıq Səhimdar Cəmiyyətdir (ASC) və yaxudda holdinqdir . Xəyyam bəy özü də etiraf edir ki, bu bir holdinqdir bu dörd-beş şirkətdən başqa heç kim müqqəddəs məkanlara ziyarət turları təşkil edə bilməz .Yalnız bunlardan icazə alıması istisnadır. Bu isə el dili ilə desək manopoliyadır. Manopoliya isə Azərbaycanı resbuplikasının qanununa əsasən cinayyətdir . Adiyyatı orqanlar Xəyyam bəyin bu açıqlanmasını oxuyandan sonra hüquqi qiymət verəcəklərinə ümüd edirik.
Qardaşlaşmış ziyarət şirkətinin manopoliyalaşmasına şərait yaradanlar haqqında gələn sayımızda faktlarımız dərc edəcəyik. Bizləri izləməyə davam edin 
Heç bir redakta etmədən “Karvan Tur MMC”-nin rəhbərinin etiraflarını dərc edirik.



Salamun aleykum.
Əvvəlcə özümü təqdim edim.
Mən həmin adı çəkilən Xəyyam adlı şəxsəm ki, burada bu məqaləyə cavab bildirməyi özümə borc bildim.
2004- cü ildən indiyə kimi Kərbəla və Suriya ziyarətlərinin təşkilatçısı olmuşam və hazırda da bu işdəyəm. Nəzərinizə bunuda çatdırmaq istərdim ki, 2005-ci ildə həmin şəxsəm ki, 1000 nəfər ehsan olaraq Kərbəla ziyarətinə aparmışdım. Ziyana düşsəmdə bir zəngimizə ərəblər bütün xərclərimizi ödədi.
O ki, qaldı sözü gedən məqaləyə,mənim aidiyyatım olan "Hicaz" turizm və "Karvan Tur" şirkətlərindir ki, bunun barəsində danışmaq istəyirəm. Hicaz Tur da işlədiyim zaman işimizdən heç kimin narazılığı ola bilməzdi. O ki, qaldı Karvan Tur şirkətinə,məsələ bu cürdür: Hər bir zəvvar ödənişi müqabilində tur təşkil olunub. Hotellə getmək istəyənlər Hotel qiymətlərini ödədiyi üçün Komfort tur paketi ilə getmişdir. Hüseyniyyə və Xeymələrlə getmək istəyənlər bu xidmətə uyğun Tur paketləri baş tutmuşdur.
Hər kimlərsə bu növ paketlərdən narazılığı varsa bu iradları şirkətlərə deyil, qrup rəhbərlərinə bildirə bilər.Çünki zəvvarlarla iş görən Şirkət deyil,Şirkətlərlə işləyən Qrup Rəhbərləridir. Yuxarıda qeyd olunan Şirkət adlarına gəlincə, bunu bildirmək istəyirəm ki, əgər bu ilki Ərbəin Zəvvarları arasında sorğu keçirilsə, tam olaraq bu məqalənin yalan və iftira olduğu üzə çıxar. Daha doğrusu mən hələdə anlaya bilmirəm ki, bu Blogger kimlərə və Hansı Dövlətlərə işləyir? Çünki bu Blogger Dövlətimizin Təhlükəsizliyində bilavasitə məsul olan Dövltimizin Güc Strukturlarından olan,bəlkədə ən önəmlisi olan keçmiş MTN, indiki DTX xidmətini ləkələəməyə çalışır. Deyək ki, bəzi şirkətlər yalnışa yol verib. Amma hamınızında bildiyiniz bu Dövlətin əsas qoruyucusu olan keçmiş MTN-də sözün əsl mənasında qeyrətli və Dövlətçiliyini sevən oğullarımız vardır ki,bu anda onların sayəsində Dövlətimizə yan təsirlər siyarət edə bilmir. Demək ki, bu şəxs hansısa qruplaşmalara və ya hansısa dövlətlərin əmri ilə bu məqaləni yazmışdır. Biz Dövlətçiliyimizin qüdrət və doğru Siyasətinə arxayınq.
Bəli mümkündür Təvəkkül kimi bir neşə şəxslər olub, amma həmin Təvəkkül adlı şəxs bizim şirkətlə işləmir.
Digər şirkətlər ilə bizim yaxın partnyorluq əlaqələrimiz var ki, hələdə bir yerdə qardaşlaşmışıq. Xahiş edirik ki. məlumatlarınızı tam dəqiqləşdirib efirə verəsiz.Əks halda biz hüquqi ölçüdə götürmət iqtidarındayıq.Amma biz özümüzü bu du yazılara əsasən günahkar bilmədiyimiz üçün, biz heç bu məqaləyə reaksiyada vermədik.
Bunuda qeyd edim ki, bu cür yazılar bizim işimizi sarsılda bilməz, hətta yaxın zamanda (yani 20 gün ərzində) məlum hadisələrdən sonra ilk dəfə olaraq Suriyaya (Zeynəbiyyəyə) ziyarətləri təşkil olunacaqdır.
Hörmətlə Karvan-Tur rəhbərliyi Hacı Xəyyam
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz