0

Qalib kim, məğlub kim olacaq? – İsrail, yoxsa ərəblər..?

Baxış: 940
BMT bu gün 8 ölkənin iştirakı ilə təcili iclas keçirəcək. Qüds İsrailin paytaxtı elan edildiyi üçün… 8 ölkə – Böyük Britaniya, Boliviya, Misir, İtaliya, Seneqal, Uruqvay, Fransa və İsveçdir.

Qüdslə bağlı artıq bütün Türkiyə ayağa qalxıb. Bu məsələdə soyuqqanlı görünən isə Səudiyyə Ərəbistanı və Misirdir. Bəs 1945-ci ildə yaradılan və mərkəzi Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası İsraillə bacarmayacaq?

  • Ərəb Dövlətləri Liqası: – 22 dövlət – sahəsi 13 mln.868 min kv.km – əhalisi 500 milyon nəfər – büdcəsi 1 trilyon 300 milyard dollar – hərbi büdcə təxminən 300 milyard dollardır.
  • İsrail – sahəsi 22 min kv.km – əhalisi 8,5 milyon nəfər – büdcəsi 130 milyard dollar – hərbi büdcə 16 milyard dollardır.
Xatırladaq ki, Qüdslə bağlı xəbərlər yayılmazdan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu çıxışı zamanı bəzi ərəb ölkələri ilə gizli iş birliyində olduqlarını açıqlayıb: “Ərəb ölkələri ilə nəticələr əldə edəcəyimiz iş birliyi gizlidir, daim gizlilik içərisində də davam edəcək”.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz