0

Təyyarənin yük yerində gizlənib Almaniyaya qaçdı - Azərbaycanda

Baxış: 7 299

Azərbaycana məxsus aviaşirkətin əməkdaşı təyyarənin yük yerində gizlənərək Almaniyaya gedib.

Press-az.com xəbər verir ki, Azərbaycan vətəndaşı olan aviaşirkət əməkdaşı yük təyyarəsi ilə Almaniyada yerə enib. O, cümə gününün ikinci yarısında Frankfurt-Xan hava limanında uçuş-enmə zolağında saxlanılıb.

Mənbə bildirir ki, Almaniyaya qaçmış kişinin 40 yaşı var və onun üzərində şəxsiyyətini təsdiq edən heç bir sənədi və yükü olmayıb. Məlum olub ki, saxlanılan şəxs Azərbaycana məxsus aviaşirkətin əməkdaşıdır.

Onun sözlərinə görə, yüklər təyyarəyə yerləşdirilərkən yük yerində gizlənib. Öz hərəkətlərini izah edərkən saxlanılan şəxs Almaniyada daha yaxşı həyata ümid etdiyini deyib. Həmvətənimiz federal polisə təhvil verilib. Onun barəsində sərhədin qeyri-qanuni keçilməsi maddəsi üzrə cinayət işi başlanıb. (Virtualaz.org)

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz