0

Vilyam Hacıyev dövlət əmlakını mənimsəyən şəxs üçün pul yığılması tapşırığını verdi - ARAŞDIRMA

Baxış: 812
Toplanan 97 min manat vəsaitə əsasən mədəniyyət və turizm şöbəsi üçün inventarlar alınıb

Son günlər İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev yenidən medianın gündəminə gəlib. Bir müddət əvvəl oğlu – Nərimanov rayon prokurorluğunun əməkdaşı Məhəmməd Hacıyevin dəbdəbəli yaşayışı, bahalı avtomobil kolleksiyası və ələlxüsüs davakarlığı konteksində medianın müzakirə mövzusu olan Vilyam Hacıyev hal – hazırda daha fəqli rakursda – rayonda fəaliyyət göstərən müxtəlif nazirlik, komitə və səhmdar cəmiyyətlərin yerli şöbələrinin bəzi harın və korrupsioner rəhbərlərinin müdafiəsi konteksində medianın gündəmindədir. Xatırladaq ki, bir müddət öncə hətta yerli televiziyaların belə nümayiş etdirdikləri kadrlarda Mədəniyyət və Turizm nazirliyinin İmişli rayon şöbəsnin sabiq müdiri Süleyman Bəşirovun külli miqdarda dövlət əmlakını mənimsəmə faktı ilə bağlı məlumat qeyd edildi. 

Respublika Prokurorluğunun Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nəzarətində Süleyman Bəşirova qarşı külli miqdarda mənimsəmə faktı ilə əlaqədar cinayət işi açıldı. Aylarla davam edən cinayət işi zamanı Süleyman Bəşirov haqqında həbs qəti imkan tədbiri seçilməmişdi. Rayondakı mənbənin verdiyi məlumata əsasən Süleyman Bəşirovun həbsinə ən aktiv şəkildə mane olan şəxs Maliyyə nazirliyinin İmişli rayon üzrə maliyyə idarəsinin müdiri Rəhim Rəhimov olub. Belə ki, dövlət əmlakının mənimsəmə faktından ilk xəbər tutacaq və mane olacaq qurum İmişli rayonu üzrə maliyyə idarəsi, şəxs isə məhz Rəhim Rəhimov olduğunu Maliyyə nazirliynin əməkdaşı yaxşı bildiyi üçün bu addımı atıb. 


Çünki sorğu – suala ilk məruz qalanlardan biri də məhz Rəhimov idi. Mənbənin verdiyi məlumata görə bir müddər sonra istintaqdan qaçıb gizlənən Süleyman Bəşirov təxminən 20- 25 gün öncə paytaxtda hüquq – mühafizə orqanları tərəfindən taksiyə minərkən həbs olunmuşdu. Azerinews.org, BakuNews.az-a istinadən xəbər verir ki, Süleyman Bəşirov ötən həftənin 5-ci günü naməlum şəkildə həbsdən azad edilməsi ilə bağlı məlumatlar daxil olmaqdadır. Məlumatda o da bildirilir ki, mənimsədiyi külli miqdarda dövlət əmlakının müqabilində cəmi bir neçə gün həbsdə olan Süleyman Bəşirovun cinayət məsuliyyətindən qurtarması üçün İmişli rayon İcra hakimiyyətnin başçısın Vilyam Hacıyev rayonda fəaliyyət göstərən dövlət müəssisələrinin rəhbərlərinə qeyri – rəsmi şəkildə pul toplanması göstərişini verib. Mənbənin bildirdiyinə görə toplanan 97 min manat vəsaitə, əsasən mədəniyyət və turizm şöbəsi üçün inventarlar alınıb. Rayon rəhbərliyinin təşəbbüsü ilə mənimsəmə faktının primitiv metodlarla ört – basdır edilməsinə İmişli mədəniyyət sarayının müdiri Sərvər və mədəniyyət şöbəsinin rəhbəri Nazim adlı şəxslərin etirazına baxmayaraq, alınan inventarlar mədəniyyət və turizm şöbəsinə gətirilib. Etirazçılarla danışığa gedən Maliyyə nazirliyinin İmişli üzrə maliyyə idarəsinin müdiri Rəhim Rəhimov Sərvərin və Nazimin narahatlığına əsas olmadığını bilidirib.

“Mən həmin inventarlarla bağlı lazım olan sənədləri sizə verəcəm” – deyə etirazçılarla bazarlığa gedən Rəhim Rəhimov onları sakitləşdirməyi bacarıb. Mənbənin bildirdiyinə görə Nazim və Sərvərin narazılıqları əslində lüzumsuz deyil. Çünki alınan inventarların yerləşdirilməsi üçün sadəcə struktur yoxdur. Son illər bir çox qəsəbə və kəndlərdə fəaliyyət göstərən aidiyyatı strukturlar artıq ləğv edilib. Bunu bilən etirazçılar külli miqdarda dövlət əmlakını mənimsəyən birisinin oduna yanmaq istəmirlər. Lakin sonda Vilyam Haciyevin təzyiqi və Rəhim Rəhimovun vədi etirazçıları sakitləşdirib. Xatırladaq ki, Maliyyə nazirliyinin İmişli üzrə maliyyə idarəsinn müdir Rəhim Rəhimovda Prezident iradəsinə qarşı çıxan məmurlardandır. 

Ötən il 50 illik yubileyini rayondakı restoranlardan birində, xüsusi təm-təraqla keçirən Rəhimov, bir müddət sonra İmişlidə fəaliyyət göstərən “Nərgizim” sadlıq sarayında keçirilən toy məclisində sərxoş vəziyyətdə bədənə xəsarət yetirməklə müşayət olunan xuliqanlıq törətmişdi. Hadisədən sonra bir neçə ay görəvindən alınan Rəhimov nəhayət vəzifəsinə yenidən sahiblənməyi bacarmışdı. Mənbənin bildirdiyinə görə bu işdə ona ən yaxın kömək edən şəxs isə əslən İmişli rayonundan olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşov olub. Yuxarıda qeyd edilən hadisə media olaraq bizə Prezidentin müvafiq Fərmanı ilə ləğv edilən Milli Təhlükəsizlik nazirliyindəki hadisələri xatırlatdı. İfşa edilən şəxs bu işi tək görmədiyini istintaqa konkret adları bildirməklə cinayətin miqyasını genişləndirdi. 

Vilham Hacıyevin və Rəhim Rəhimovun aktiv müdaxiləsi nədən xəbər verməkdədir...?

Araşdırmamız davam edir.

Adı çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz