0

2 nazirlik ləğv edilir - layihə

Baxış: 1 946
Azərbaycanda struktur islahatları çərçivəsində 2 nazirliyin ləğvi və funksiyalarının isə başqa strukturlara verilməsi nəzərdə tutulur. Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub. 
Mənbənin məlumatına görə, ilk növbədə Kənd Təsərrüfatı Nazirliyinin ləğvi planlaşdırılır: "Nazirlik etimadı doğrultmayan qurumlar siyahısındadır. Birincisi, nazirliyin son 2 ildə yarıtmaz fəaliyyəti daha qabarıq şəkildə üzə çıxdı. Maliyyəçi Heydər Əsədovun rəhbərliyi dövründə aqrar sektorun problemləri nəinki həllini tapmadı, əksinə, problemlər daha da çoxaldı. İkincisi, nazirliyin indiki strukturları və fəaliyyəti indiki reallıqlara adekvat deyil. Nəhayət, nazirliyin ləğvi məmur korpusunun sayının azaldılması və büdcə xərclərinin optimallaşdırılması baxımından da məqbul sayılır".
Mənbənin bildirdiyinə görə, nazir Heydər Əsədovun sabiq maliyyə naziri Heydər Əsədovla quda olması da, bu məsələdə ciddi amillərdən sayılır: H.Əsədova artıq siyasi etimad da yoxdur.Prezident İlham Əliyevin regionlara aqrar sektorun problemləri ilə bağlı keçirdiyi müşavirələrin təşkili ilə Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi məşğuldur. Konkret desək, aqrar sektora faktiki rəhbərlik prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev həyata keçirir. Məhsul yığımlarına operativ rəhbərliklə də Z.Nağdəliyevin aparatı məşğul olur. Bu baxımdan naziriyin ləğvi gündəmə gəlib. Nazirliyin funksiyalarının isə İqtisadiyyat, Maliyyə və Səhiyyə Nazirliklərinə verilməsi nəzərdə tutulur. Fermerlərin subsidiyalaşdırma funksiyasının maliyyə, baytarlıq xidmətinin səhiyyə, qalan funsiyalarının isə İqtisadiyyat nazirliyinə verilməsi gözlənilir.
Mənbənin bildirdiyinə görə, Eklolgiya və Təbii Sərvətlər Nazirliyinin də ləğvi müzakirə edilir: Nazirliyin ləğvi, funksiyalarının isə daha nüfuzlu Fövqəladə Hallar Nazirliyinə və başqa qurumlara veilməsi gözlənilir.
Son illər 3 dövlət komitəsi və 1 nazirlik ləğv edilib, 1 dövlət fondu isə müstəqlilliyini itirib: Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Satınalmalar üzrə Dövlət Agentliyi və Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv edilib.  Nəqliyyat Nazirliyi  Rabitə və Yüksək Texnologiyaları Nazirliyinə birləşdirilib. Dövlət Sosial Müdafiə Fondu isə Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeçiliyinə verilib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz