0

Ebru Gündeş Ərdoğana xəbər yolladı: "Ərim Türkiyəyə zərər verə bilər"

Baxış: 998

Müğənni Ebru Gündeş əri Rza Zərrabla bağlı narahatlığını Ərdoğana çatdırıb.

 

Musavat.com-un məlumatına görə, bu barədə Türkiyə qəzetindən Yücel Kayaoğlunun hazırladığı xəbərdə deyilir. Xəbərdə qeyd edilib ki, 2016-cı ilə Zərrab ABŞ-da saxlanılanda Ebru Gündeş Ərdoğanın yaxın ərtafını ərinin Türkiyəyə zərər verə biləcəyi ilə bağlı məlumatlandırıb.

 

İddiaya görə, Ebru Gündeş “Həyat yoldaşımın ABŞ-a getməsi sıradan bir hadisə deyil, o, Türkiyəyə zərər verə bilər” deyərək, qayğısını dilə gətirib.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz