0

Xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəyə giriş-çıxış qaydaları dəyişdi

Baxış: 844

Nazirlər Kabineti 2012-ci il 12 yanvar tarixli 5 nömrəli qərar ilə təsdiq edilmiş 1 nömrəli əlavə - “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin istismarının təşkili Qaydaları”na dəyişikliklər edib.

Press-az.com “Report”a istinadən xəbər verir ki, qaydalara aşağıdakı məzmunda 5.9-cu və 6.5- 1-ci bəndlər əlavə edilib:

“5.9. “E-qeyri-rezident” altsistemi - “Giriş- çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində yaradılan, qeyri-rezidentlərin elektron imza verilməsi barədə müraciətlərini qəbul və təhlil edən, onlara “virtual FİN” verən, habelə “virtual FİN” verilmiş qeyri-rezidentlərin reyestrini aparan altsistem.

6.5-1. “Xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər” informasiya resursu üzrə:

6.5-1.1. “www.azexport.az” internet portalından “E-qeyri-rezident” altsisteminə təqdim edilən xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslərin nümayəndələrinin şəxsiyyətini təsdiq edən sənədin (pasport və ya şəxsiyyət vəsiqəsi) fotoşəkil olan səhifəsinin və qeyri-rezident adından çıxış etmək səlahiyyəti verən etibarnamənin skan edilmiş surəti, habelə elektron imza sertifikatının verilməsi və ya verilməsindən imtina edilməsi (“virtual FİN”in ləğv edilməsi) ilə bağlı məlumatlar;

6.5-1.2. Azərbaycan Respublikasına gələn xarici ölkədə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları, xarici ölkədə fəaliyyət göstərən hüquqi şəxslər barədə məlumat yaradan altsistemlər.”.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz