0

Türkiyənin məşhur aktyoru Bakıdadır - “Gəncəyə gedib, qohumlarımı görəcəyəm”

Baxış: 459
Türkiyənin tanınmış aktyoru Tamer Karadağlı Bakıya gəlib.
Press-az.com "Report"a istinadən xəbər verir ki, səfərdə məqsəd azərbaycanlı aktrisa Məlahət Abbasovanın təqdimatı ilə yayımlanan "Məlahətli söhbətlər" verilişində iştirak etməkdir.
Azərbaycan əsilli aktyor Bakıya heyran qaldığını və buradakı qohumları ilə artıq görüşlər təyin etdiyini deyib:  "Burada qohumlarım çoxdur. Hamısı mənə zəng edib görüşməyə dəvət edirlər. Əslən Gəncə şəhərindən olduğum üçün orada da qohumlarım var. Ona görə də planımda Gəncəyə getmək də var. Çünki qohumlarımı görmək istəyirəm. Burada çox sevildiyimi bilirdim, ancaq bu qədərini təsəvvür etmirdim. Çox sevindim".
T.Karadağlı Azərbaycan Dövlət Musiqili Teatrına heyranlığını da gizlətməyib: "Teatrı bəyəndim desəm az olar, möhtəşəm idi. Video çəkib qızıma yolladım, o da çox bəyəndi. Məlahət Abbasovanın dediyinə görə, Bakıda teatrlar çoxdur. Bu, olduqca sevindirici haldır".
Sənətçi ailəsində Azərbaycan mətbəxindən xörəklərin tez-tez hazırlandığını qeyd edərək həmin təamları vətənində yeməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: "Ailəmdə piti kimi yeməklər bişirilir. Doğulduğumdan bəri Azərbaycan mətbəxi ilə böyümüşəm. Onun üçün mənə heç də yad deyil".
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz