0

Ağdam icra başçısından daha bir qalmaqallı təyinat- 100 min manatlıq post

Baxış: 706
Ağdamda şok kadr dəyişiklikləri davam edir. Vəzifələrə isə adları korrupsiyada hallanmış, rayonda xoş olmayan imiclə tanınan şəxslərin təyin olunması yalnız təəcüb doğurur.
Bir neçə gün öncə Ağdam rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsindən azad olunmuş Zülfi Qasımovun Yeni Azərbaycan Partiyasının Ağdam rayon təşkilatında aparat rəhbəri təyin edildiyini yazmışdıq.
Qeyd etmişdik ki, 71 yaşlı Qasımovdan canını qutaran başçı ehtimal ki, onu yenidən vəzifəyə kiminsə xahiş-minnəti ilə götürüb.
Ağdam Subartezian Quyularının İstismarı İdarəsinin sabiq rəisi Teyyub Nəcəfovun isə dünən İH strukturunda kənd təsərrüfatı şöbəsinə müdir təyinatının səbəbi başqadır.
Teyyub Nəcəfov haqda mediada kifayət qədər yazılıb. İntenetdə axtarış etsəniz onun hansı maxinasiyalarda iştirakçı olduğunu biləcəksiz. Epizodların sayı-hesabı yoxdur. Ümumiyyətlə Azərbaycanda Subartezian Quyularının İstismarı İdarələri ən korrupsiyalaşmış təşkilat sayılır. Orda çalışan rəhbər işçilərin hamısı istisnasız olaraq milyonçuya çevrilmiş şəxslərdir.
Elə bu yaxınlarda Ağdam Subartezian Quyularına Servis Xidməti İdarəsinin sabiq rəisi Mirzalı Behbudovun oğlu Elşən Behbudov vərəsəlik hüququna əsasən atasına qarşı məhkəmə iddiası qaldırması ölkə gündəmində bomba kimi partladı. Məlum oldu ki, əyalət məmurunun “Varovski”də altı villası, bir neçə maşın təmiri servisləri, Bakı şəhərində yerləşən “Mətin”,”Səma” ,”Mələk” və Ağdam rayonunda olan “Araz” şadlıq sarayı var.
Müqayisə üçün deyək ki, Mirzalı Behbudovdan sonra onun postunu tutan Teyyub Nəcəfovun da əmlakı az deyil.
Bəs niyə Ağdam icra hakimiyyəti başçısı Raqub Məmmədov onu yenidən vəzifəyə təyin etməkdən vaz keşmir?
Verilən məlumata görə icra başçısı rayona təyinat aldığı ilk aylarda Ağdamda tikilən “Çay evi” və yaxınlıqdakı seyrangahın pulunu , xərcini yerli məmurlar ödəyib. Həmin zaman Subartezian Quyularının İstismarı İdarəsinin rəisi olan Nəcəfov 70 min manat xərcə düşüb.
Az müddət sonra həmin idarə digər Su -Kanal idarəsi ilə birələşdirilib və yeni yaranmış idarəyə Hafiz Əzimzadə təyin edilib.
İşsiz qalan Teyyub Nəcəfov icra başçısından xərclədiyi 70 min manatı geri tələb edib. Onu sakitləşdirib deyiblər ki, bir qədər gözləin, yeni vəzifəyə təyin olunacaq.
Nəhayət Ağdam kənd əsərüfatı idarəsinin müdiri Allahverən Əliyev Ağdam rayon icra hakimiyyyəti başçısının 1- ci müavini təyin edildikdən sonra həmin vəzifə boş qalıb. Vakant yerə elə Allahverən Əliyevin vasitəsilə 30 min alınaraq Teyyub Nəcəfov təyin olunub. Sabiq rəis bir növ batmış 70 minin “dirildib”.
Raqub Məmmədovun belə kadr siyasəti ilk deyil. Dələduzluğa görə həbs olunmuş Teylor Fətişoğlunun məhkəməsinə şahid qismində cəlb olunması buna sübutdur. Fətişoğlu vəzifəyə qoymaq adı ilə vətəndaşlardan aldığı pullardan başçının xəbəri olduğu, həta onun tapşırığı ilə etdiyini söyləyib.

Realmedia.az
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz