0

Bakı-Sumqayıt yolundan istifadə edənlərə ŞAD XƏBƏR

Baxış: 936
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə geri dönməsini təmin etmək məqsədi ilə yeni geri dönmə hissə yaradılıb.
"Azəravtoyol”ASC-dən Publika.az-a verilən məlumata görə, geridönmə hissə Ceyranbatan qəsəbəsidən çıxan və Sumqayıt şəhəri, həmçinin şimal istiqamətində gedən sürücülərin rahatlığı üçün yaradılıb.
Yeni geridönmə hissənin eni 30 metr, uzunluğu isə 70 metrdir. Sözügedən hissədə zəruri yol nişanları qoyulub, yolun xətlənməsi işləri aparılıb. Geridönmə hissədə 375 kv.m təhlükəsizlik adacağı qurulub.
Yeni geridönmə səbəbindən yolun həmin ərazisində hər bir istiamət üzrə genişləndirmə işləri aparılıb. Müvafiq olaraq 200 və 500 metr uzunluğunda, 4.5 metr enində yol genişləndirilib.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz