0

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü həbs edildi.

Baxış: 408
Müsəlman Birliyi Hərəkatının üzvü Emin Əliyev həbs edilib. Bu barədə Press-az.com-a Müsəlaman Birliyi Hərkatından  məlumat daxili olub.
 Məlumatda bildirilir ki, MBH-ın üzvü Emin Əliyev dünən "Qanlı Nardaran" hadisələrinin ikinci il dönümü günü Nardaranda dəfn olunan şəhid qardaşlarımızın qəbirlərin ziyarət etmək üçün qanunsuz post qurulan Nardaran kəndinə gedir və qardaşlarımızın müqəddəs qəbrlərin ziyarət etmək istəyir, lakin qanunsuz qurulan postda çatanda qarşısını orada xidmət göstərən polis əməktaşları kəsir. Əvvəlcə E. Əliyevdən sənəd tələb edirlər və daha sonra Onu orada yerləşən 42-ci polis bölməsinə dəvət edirlər. 
Dünən səhər saatlarında yoxa çıxan E. Əliyevdən elə həmin gün axşam saatlarında xəbər çıxır. Emin Əliyevin yaxınları dünən axşam saatlarında 42-ci polis bölməsinə gedirlər ora da növbə çəkən polislərdən xəbər tuturlar ki, burdadı lakin burada heç kim olmadığından sabah tam ətraflı xəbər verərik. 
Bu gün axşam saatlarında xəbər gəlir ki, guya Emin Əliyev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərib və Sabunçu Məhkəməsi ona 30 gün həbs cəzası verib. 
Xatırladaq ki, Emin Əliyev təbiətcə çox mülayim və imanlı biridir. 
Müsəlman Birliyi Hərəkatı hakimiyyətin bu cürə çirkin oyunlarını pisləyir və Emin Əliyev qardaşımızın Azadlığın tələb edirik.

Bizləri hansısa cinayətkar dəstələrlə səhv salmayın, bizim hərəkat bu vətən və din üçün canından keçməyə hər an hazırdı.
Bu cür çirkin oyunlardan əl çəkin birimizi tutursuz, yüzümüz meydana çıxırıq. Tutulanların qohumların və övladların özlərinizə qarşı düşmən hazırlamayın.
Və sonda qardaşlarımızın azadlıqların tələb ediriy. Hansısa qüvvələrin oyunlarına gəlməyin xalqı və vətəni sevin, bu cəsarətli xalqı özünüzə düşmən etməyin.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz