0

Qəzada piyadanın əli və ayağı qoparaq yol kənarına düşdü – FOTOLAR

Baxış: 700

Bakı-Qazax yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, Lökbatan qəsəbəsində yolu keçmək istəyən təqribən 20-25 yaşlı kişini “99-MA-645” dövlət qeydiyyat nişanlı, “Lifan” markalı avtomobil vurub.

Zərbənin gücündən kişinin əli və ayağı bədənindən qoparaq yolun kənarına düşüb.

Hadisə sürət həddinin 120 km/saat olduğu yolda baş verib. Ölən kişinin meyiti şəxsiyyətinin araşdırılması və müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

Sürücü şok vəziyyətində olduğu üçün hadisənin necə baş verdiyini xatırlamayıb.



 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz