0

Prezidentdən müəllimlərlə bağlı sərəncam - Nazirlər Kabinetinə tapşırıq verildi

Baxış: 2 366
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Telman Bayram oğlu İsgəndərova "Əməkdar müəllim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Press-az.com xəbər verir ki, sərəncamda qeyd olunur ki, Telman İsgəndərova aqrar təhsilin inkişafında xidmətlərinə görə "Əməkdar müəllim” fəxri adı verilib.

Prezident İlham Əliyev Əsəd Cənət oğlu Musayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Ə.Musayevə aqrar elmin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüverilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz