0

Sahibi namaza getdi, mağazası soyuldu - Mingəçevirdə 100 minlik oğurluq

Baxış: 487

Mingəçevir şəhərində oğurluq hadisəsi qeydə alınıb.

Press-az.com yenicag.az-a istinadən əldə etdiyi məlumata görə, şəhərin 20 yanvar 168 küçəsində yerləşən qızıl mağazası soyulub.

Hadisə oktyabrın 25-də günorta saatlarında qeydə alınıb. Belə ki, oğru mağaza sahibinin ibadət vaxtı namaza getməsindən istifadə edərək, obyektin qapısını xüsusi üsulla açaraq içəri daxil olub. Qısa müddət ərzində mağazada olan bütün qızıl-zinət əşyalarını götürən cinayətkar aradan çıxıb. Dəymiş ziyanın 100 min manatdan çox olduğu bildirilir.

Faktla bağlı Mingəçevir Şəhər Polis İdarəsində araşdırma başlanıb. Artıq cinayətkarın kimliyi də hüquq-mühafizə orqanlarına bəllidir. Onun saxlanılması üçün müvafiq tədbirlər görülür.

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz