0

Azərbaycanda 63 nəfər sərnişin daşıyan avtobus çaya aşdı – TƏFƏRRÜAT – FOTOLAR

Baxış: 2 806

Goranboyda avtobus çaya aşıb.

Press-az.com-un APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində baş verib. Pambıq sahəsindən işçiləri daşıyan “İsuzu” markalı avtobus Kürək çayı üzərindəki körpüyə qalxmaq istəyərkən idarəetməni itirərək aşıb. Nəticədə 20-yə yaxın şəxs xəsarət alıb.

pambıqyığan bağça işçilərini evə aparan avtobusun çaya aşması nəticəsində xəsarət alanlardan 19 nəfərin adı məlum olub.

Bunlar rayonun Qaraçinar və Şəfəq kənd sakinləridir.

Qəzada xəsarət alanların siyahısı:

Orucova Şəlalə Mustafa qızı (1969)
Vəliyeva Qızxanım İlyas qızı (1966)
Aslanova Mehriban Müzəffər qızı (1969)
Məmmədova Gülarə Camal qızı (1962)
Ələkbərova Xalidə Salman qızı (1965)
Əhmədova Xatirə Nağı qızı (1978)
İsmayılova Nazilə Qafar qəzə (1970)
Hacıyeva Afaq Qafar qızı (1995)
Zamanova İlhamə Teymur qızı (1972)
Nəsirova Rahilə Teymur qızı (1972)
Məmmədova Pərvanə Güloğlan qızı (1952)
Ələşov Sərvan Qiyas oğlu (1996)
Arıyeva Gülşən Mehman qızı ( 1990)
Binnətova Solmaz Cənnət qızı (1964)
Camalova İlhamə Seymur qızı (1972)
Verdiyev Nəsimi Qasım oğlu (1975)
Binnətova Solmaz Cənnət qızı (1964)
Alanova Edelya Xamay qızı (1958)

Xəsarət alan 1962-ci il təvəllüdlü Bağırova Rəna Hüseyn qızının vəziyyəti ağır olduğu üçün o Gəncədə olan xəstəxanaların birinə aparılıb.

Hazırda xeyli yaralının Goranboy rayon Mərkəzi xəstəxanasına tibbi yardım aldığı bildirilir.

Məlumata görə, qəzaya düşən avtobusda 63 nəfər olub. Onlar rayonun Qaraçinar və Şəfəq kənd uşaq bağcalarının işçiləri olub.

Xəsarət alanlara Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.


 
MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz