0

TARİXİN OKTYABR İNQİLABINA KİNAYƏSİ – ÇAR VLADİMİR:"Putin yoxdursa, Rusiya da yoxdur" - TƏHLİL

Baxış: 363

Economist” (Böyük Britaniya)

 

Dünya Oktyabr inqilabının 100 illiyini qeyd etdiyi günlərdə, Rusiyada çar hakimiyyəti mövcuddur.

Vladimir Putin ilk dəfə prezident olandan on yeddi il sonra, onun Rusiyada hakimiyyəti həmişəkindən daha güclüdür. Rusiyanı hələ də postsovet məkanında görən Qərb, bəzən Putini Stalindən sonra ölkəsinin ən güclü lideri kimi görür. Ruslar getdikcə daha çox əvvəlki dövrlərə nəzər salırlar. Həm liberal islahatçılar, həm də Moskvadakı ənənəvi mühafizəkarlar cənab Putin barədə 21-ci əsrin çarı kimi danışırlar.

Cənab Putin ölkəyə, bir çox rusların xaos kimi gördükləri, 1990-cı illərdən nicat verib və dünyanın Rusiyanı yenidən saya almasına məcbur etməklə, bu titulu qazanıb. Ancaq Oktyabr inqilabının 100-cü ili yaxınlaşdıqca, bu narahat düşüncə yaranıb ki, cənab Putin çarlara xas bütün zəifliklərə sahibdir.

Hərgah cənab Putin keçmiş Sovet İttifaqı ərazisinə yol tapan "rəngli" inqilablardan narahatlıq keçirsə də, daha böyük təhlükə kütləvi qiyam deyil, bolşeviklərin dirçəlişidir. İş ondadır ki, 2018-ci ilin yazından başlayaraq cənab Putinin, konstitusiyaya əsasən, vəzifəsinin icrasının sonrakı altı illik müddəti başlayır.

Şübhəsiz, o, seçkilərdə qalib gələcəyini düşünür. Bundan sonra isə nə olacağı barədə hay-küylü müzakirə başlayacaq. Digər rus hökmdarları kimi, bu qorxu artacaq ki, çar Vladimirin xələfi kim olacaq…

 

İdarəçilik qaydası

 

Cənab Putin çətin ki, dünyanın yeganə avtokratıdır. Şəxsiyyətləndirilən avtoritar hakimiyyət son 15 il ərzində bütün dünyada yayılıb. Tez-tez cənab Putin kimi, onlar da manipulyasiya edilmiş zəif demokratiyalara əsaslanırlar. Bu, Sovet İttifaqının dağılmasından sonra liberal zəfərin cəzasıdır. Türkiyəli Rəcəb Tayyib Ərdoğanı, Venesuelanın mərhum lideri Uqo Çaves və hətta Hindistanın baş naziri Narendra Modi kimi rəhbərlər həqiqi iradədən irəli gələn xüsusi bir nüfuza sahib adamlar tək davranırlar. Çində Si Szinpin də bu həftə Kommunist Partiyasının mütləq hakimi olub.

Cənab Putinin avtoritarizm cığırı özünə yol açıb. Bu, Rusiyanın imperiya tarixini xatırladır və enerjisinin necə işlədiyinin və yanlışlığa necə yönələcəyinin canlı təsvirini yaradır.

Bir çar kimi, cənab Putin də patronaj piramidasını adlayır. 2001-ci ildə o, oliqarxlara qarşı həmlə etdi, ilk növbədə, media və daha sonra neft və qaz nəhənglərini nəzarətinə aldı, bundan sonra hakimiyyət və pula bütün imkanlar açıldı. Bu gün boyarlar onun zövqünə, eyni zamanda, onların altında qalanlar da boyarlara xidmət edirlər. O, hakimiyyətini hüquqi müstəvidə də saxlayır, hər kəs bilir ki, prokurorlar və məhkəmələr onun istəklərinə cavab verirlər. O, 80%-dən çox təqdir reytinqinə sahibdir, çünki Rusiyanı əmin edib ki, müavinin dediyi kimi, "Putin yoxdursa, Rusiya da yoxdur".

Bir çar kimi, o, Böyük Pyotrdan sonra Rusiyanın hökmdarlarının – III Aleksandr və II Nikolayın inqilab ərəfəsində kəskin şəkildə qarşılaşdığı bir məsələ ilə üz-üzə qalıb. Rusiya mülki hüquqlara və nümayəndəli hökumətə əsaslanan Qərb yolunu təqlid etməklə modernləşməlidirmi və ya ona müqavimət göstərməklə, sabitliyə bağlanmalıdır?

Cənab Putinin cavabı – iqtisadiyyatı liberal düşüncəli texnokratlara və siyasəti sabiq KQB zabitlərinə həvalə etməkdir. Təbii ki, siyasət iqtisadiyyatın başı üzərində durur və Rusiya bunun ziyanını görür. Lakin sanksiya və rublun devalvasiyası zamanı yaxşı idarə olunan iqtisadiyyat hələ də təbii ehtiyatlardan çox asılıdır. O, ÜDM-in illik 2%-lik artımını idarə edə bilər, halbuki 2000-08-ci illərdə bu göstərici 5-10%-ə çatmışdı. Uzunmüddətli perspektivdə bu, Rusiyanın ehtiraslarını yatırdacaq.

Və bir çar kimi, cənab Putin repressiya və hərbi münaqişə vasitəsilə öz hakimiyyətini gücləndirir. Evdə sabitlik, ənənəvilik və pravoslavlıq naminə, feministlər, QHT sektoru və geylər daxil olmaqla, siyasi müxalifətin və sosial liberalların etirazını yatırıb. Xaricdə Krımın ilhaqı, Suriya və Ukraynadakı hərbi kampaniyalarda əsir-yesirlər və zəfərlər media tərəfindən axşam xəbərləri üçün manşet olub. Ancaq Qərbin haqlı narazılığı Putinin 1990-cı illərdəki alçaldıcılıqlardan sonra ölkənin gücünü bir daha təsdiqləməsi ilə ruslar üçün eşidilməz qalır.

Bu postmodern çar dünya üçün nə deməkdir?

Birinci dərs rus təhlükəsi ilə bağlıdır. Ukraynaya müdaxilədən sonra Qərb başqa yerlərdə, o cümlədən Baltik ölkələrində rus revanşizmindən narahatdır. Amma cənab Putinin, – 1904-05-ci il Rus-Yapon müharibəsində və Birinci Dünya müharibəsində II Nikolayla olduğu kimi, – legitimliyini itirmədən çox sayda qurbana yol verə bilməz. Çünki bugünkü çar tarixə bələddir, o, həqiqi qarşıdurma riskindən yayınacaq, amma xaricdə fürsətçi olacaq.

Evdəki vəziyyət fərqlidir. Putin hakimiyyətdə olduğu müddətdə sərt təzyiqlərə meyilli deyil. Lakin Rusiyanın dəhşətli əzab-əziyyətləri barədə qeydlər sübut edir ki, problemləri malalama hökmdarın qanuniliyinin əsasını pozur, kütləvi repressiyalar isə onu ən azı bir müddətə gücləndirə bilər. Rus xalqının qorxacağı hələ çox şey var.

 

Ana Rusiyanın aqibəti

 

Digər dərs ardıcıllıqla bağlıdır. Oktyabr inqilabı Rusiyada bir hakimiyyətdən digərinə keçidin çətinliyi ilə bağlı ən güclü nümunədir. Cənab Putin ailəsi və ya Kommunist Partiyasının aparatından istifadə edərək, varisliyini təşkil edə bilməz. Bəlkə də o, hansısa varisinə məsh-sığal çəkəcək. Ancaq o, rəqiblərini görmək üçün kifayət qədər zəif bir insana ehtiyac duyur.

Həqiqi demokratiya mexanizmi ilə yeni bir kimsəni legitimləşdirmək olmadan, növbəti hökmdar Rusiyanı parçalamağa başlaya biləcək hakimiyyət mübarizəsi ilə ortaya çıxacaq. Nüvə silahı olan bir dövlətdə isə bu narahatedicidir.

Bu gün cənab Putin gücləndikcə, onun ölkəni idarə etməsi çətinləşəcək. Dünya bu paradoksla yaşamağa çalışdıqca, o heç nəyin daşlaşa bilmədiyini unutmamalıdır. Bir əsr əvvəl bolşevik inqilabı Marksın determinizminin təsdiqlənməsi kimi qəbul edildi. Bu hadisədə ilə o həm də isbat etdi ki, hər şey nisbidir və tarixin faciəli kinayəsi var.

 

Tərcümə: Strateq.az

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz