0

"ATV"-də qalmaqal: Yeni vitse-prezidenti tutduğu vəzifələrdən imtina etdi

Baxış: 659

Bu yaxınlarda “Azad Azərbaycan” müstəqil Teleradio Kompaniyasının (ATV) vitse-prezidenti təyin olunan Fuad Cabbarov vəzifəsindən imtina edib.

Press-az.com Ölkə.Az-a istinadən verdiyi məlumata görə, buna səbəb Fuad Cabbarovla "ATV"-nin yeni prezidenti Azər Xəlilov arasında yaranan fikir ayrılığıdır.

Fuad Cabbarov "ATV"-yə vitse-prezident təyin olunandan sonra cəmi bir neçə gün işə çıxıb. "ATV"-də idarəetmə məsələləri ilə bağlı Azər Xəlilovla Fuad Cabbarov arasında fikir ayrılığı yarandığı üçün vitse-prezident ona həvalə olunan vəzifədən könüllü şəkildə imtina edib.  

Digər məlumata görə, "ATV"-nin digər yeni vitse-prezidenti Lamiyə Ələkbərova da naməlum səbəblərdən işə çıxmır.  

Hazırda Fuad Cabbarov və Lamiyə Ələkbərovanın vəzifələrini Azər Xəlilovun gətirdiyi iki ayrı şəxs icra edir. 

"ARB Media Qrup"un rəsmisi İsmayıl Həsənov məsələ ilə bağlı açıqlama verib: "KİV-də “ARB Kəpəz” telekanalının baş direktoru Fuad Cabbarovun vəzifəsindən azad olunaraq, başqa bir televiziyada rəhbər vəzifəyə təyin olunduğu barədə məlumat yayılmışdı.

"ARB Media Qrup" olaraq bu məsələ ilə bağlı heç bir rəsmi münasibət bildirməyə ehtiyac görməmişdik. Həmçinin digər telekanaldan da təyinatla bağlı açıqlamaya rast gəlməmişəm. Bildirmək istəyirəm ki, Fuad Cabbarov işindən ayrılmayıb, o, son on gün ərzində şəxsi işləri ilə bağlı Bakı şəhərinə gəlmişdi, artıq Gəncəyə qayıdıb və hazırda da "ARB Kəpəz" telekanalına rəhbərlik edir".

Xatırladaq ki, ötən ay “ATV”-də rəhbərliyin dəyişilməsindən sonra vitse-prezident vəzifəsini icra edən, telekanalın eks-prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov da işdən çıxarılıb. Onların yerinə isə yeni şəxslər təyin edilib. 

MƏTNDƏ SƏHV TAPMISINIZ?

Maus ilə səhvi işarə et , CTRL+ENTER düymələrinə toxun
Səhvi açılmış pəncərədən bizə yollayın

Hazırladı: PressAz